Trampdan sensasiyalı xəbərdarlıq | ABŞ lideri kimləri tənqid etdi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp ölkənin müdafiə sənayesi müəssisələrinin silah istehsalını çox ləng həyata keçirdiyini bildirib.
Bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, müdafiə sənayesi zavodları hərbi texnikanı lazımi sürətlə istehsal və onun xidmətini təmin etmədiyi üçün dividend ödənişlərini və səhmlərin geri alınmasını qadağan edəcək. Tramp həmçinin müdafiə sənayesində top-menecerlərin yüksək maaşlarını əsassız adlandırıb.
“Bu rəhbərlər yeni və müasir istehsal müəssisələri qurmalı, həm vacib avadanlığın təchizatı və xidmətini, həm də gələcəyin ən yeni hərbi texnika modellərinin yaradılmasını təmin etməlidirlər. O vaxta qədər heç bir top-menecerin 5 milyon dollardan çox qazanmasına icazə verilməməlidir”, – deyə o qeyd edib.
Trampın sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin və müttəfiqlərinin həyati əhəmiyyətli avadanlıqla təmin olunması üçün istehsalın sürətləndirilməsi vacibdir.
#Donald Tramp teqi istifadə olunub
- Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV
- ABŞ Prezidentindən gözlənilməz qərar | Yaxın Şərqdə ara yenidən qarışır? - Baku TV CANLI
- Vaşinqton Tehranla razılaşacaq, yoxsa hərbi təzyiqi artıracaq? - Baku TV
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
