Türkiyə ilə Yunanıstan arasında Afina Bəyannaməsi imzalandı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Afina Bəyannaməsini imzalayıblar.
Sənəddə iki ölkə arasında əməkdaşlıq üçün yenilənmiş iradənin tanındığı qeyd edilib. Bəyannamədə iki qonşu ölkənin əlaqələrinin regionun rifahını və dinamizmini əhəmiyyətli dərəcədə artırmaq potensialına malik olduqları vurğulanıb.
Bildirilib ki, dostluq və qarşılıqlı etimad mühitində hər iki tərəfin mənafeyi naminə birgə fəaliyyətin davam etdirilməsi zəruridir.
Tərəflər mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək üçün bir-birinin hüquqi mövqelərinə xələl gətirmədən mövcud və gələcək çətinliklər qarşısında həmrəylik ruhunu təşviq edəcəyini vurğulayıblar.
Türkiyə və Yunanıstan liderləri qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlərlə yanaşı, davamlı, konstruktiv və mənalı məsləhətləşmələr aparmağa dair razılaşma əldə ediblər. Sənəd iki nüsxədə türk, yunan və ingilis dillərində imzalanıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Yunanıstanda rəsmi səfərdədir.
#Türkiyə teqi istifadə olunub
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
- Türkiyədə metallurgiya zavodunda partlayış | Rəsmi Bakıdan başsağlığı - Baku TV
- Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV
- Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV
