Pleyeri seçin:
Türkiyədə ağır avtobus qəzası: ölənlər var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə azı 12 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Sivasdan İstanbula doğru hərəkət edən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb.
Əraziyə təcili tibbi yardım avtomobilləri, polis və jandarm dəstələri cəlb olunub. Qəza nəticəsində yaralanan 20 sərnişin Yozgat və Sorgundakı xəstəxanalara yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Yozgat valisi Mehmet Əli Özkan hadisənin ehtiyatsızlıqdan baş verdiyini, lakin bütün hallarda əsl səbəbin araşdırmalardan sonra bəlli olacağını diqqətə çatıdırıb.
Qeyd edək ki, hadisə ilə bağlı təhqiqat işləri davam etdirilir.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
