Türkiyədə Epşteynin bənzəri tapıldı | Görünüşü ona problem yaratdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kayseri şəhərinin sakini Rifat Özdemir qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynə oxşadıldığı üçün zahiri görünüşünü dəyişdirməyi planlaşdırır.
Bu barədə DHA nəşri məlumat verib.
55 yaşlı R.Özdemir jurnalistlərə bildirib ki, küçədəki insanlar ona xoş davranmırlar.
"Əvvəlcə qardaşım oğlu mənə Ceffri Epşteynə bənzədiyimi dedi. O zaman onun kim olduğunu belə bilmirdim. Sonra sosial mediadan və xəbərlərdən öyrəndim. Məni belə bir adamla müqayisə etmələrini istəmirəm. Bəlkə də, bir az oxşayırıq, amma mənim bu məsələdə bəxtim gətirməyib", – deyə o şikayətlənib.
R.Özdemir deyib ki, insanların diqqət mərkəzinə düşməmək üçün saç düzümünü dəyişdirməyi və ya saqqal saxlamağı düşünür.
Qeyd edək ki, 2019-cu ildə ABŞ-də yetkinlik yaşına çatmayanların cinsi istismarı ittihamı ilə həbs olunan C.Epşteyn həmin ilin iyulunda həbsxanada ölü tapılıb.
#Türkiyə teqi istifadə olunub
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV
- Türkiyə paytaxtında genişmiqyaslı əməliyyat keçirildi | 109 nəfər saxlanıldı - Baku TV
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Ankara hərəkətə keçdi
