Pleyeri seçin:

Türkiyədən tarixi rekord | Hansı silah-sursatlar dünya bazarını fəth edir? - HƏRBİ XRONİKA

09 fevral 2026 452 baxış

“Hərbi xronika” rubrikasının budəfəki buraxılışında Türkiyənin müdafiə və aerokosmik sənayesinin ixrac göstəriciləri, beynəlxalq əməkdaşlıqları və 2026-cı il üçün planları diqqətə çatdırılıb.

Bildirilib ki, 2026-cı ilin ilk ayında Türkiyə müdafiə sənayesi 555,3 milyon dollarlıq ixrac həyata keçirib. 2025-ci ildə isə ümumi ixrac həcmi 10,54 milyard dollara çataraq rekord göstərici qeydə alınıb.

Əsas alıcı ölkələr ABŞ, Böyük Britaniya və Slovakiya olub. Ötən il 17,99 milyard dollarlıq yeni müqavilələr imzalanıb ki, bu da əvvəlki illə müqayisədə 79 faiz artım deməkdir.

Türkiyə müdafiə sənayesinin qlobal mövqeyinin gücləndirilməsi məqsədilə Azərbaycan, İndoneziya, Malayziya və Pakistanda rəsmi nümayəndəliklər yaradılıb. Suriyada sabitliyin bərpasından sonra bu ölkəyə genişmiqyaslı müdafiə ixracı reallaşdırılıb.

Avropa bazarına çıxışın genişləndirilməsi çərçivəsində ASELSAN şirkəti ilə Çexiyanın “Excalibur International” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Bu əməkdaşlıq çərçivəsində “Korkut” Hava Hücumundan Müdafiə sistemi “Tatra Force 6x6” platformasına inteqrasiya edilib.

Buraxılışda 2026-cı il üçün planlar da açıqlanıb. “Qızıl Alma” pilotsuz döyüş təyyarələrinin təhvili, “Kaan” qırıcı təyyarəsinin prototiplərinin istehsalı, “Gökbey” helikopterinin yerli mühərrik sınaqları, həmçinin “Altay” tanklarının seriyalı istehsalı əsas hədəflər sırasında yer alır.

Vurğulanıb ki, Türkiyənin müdafiə sənayesindəki çoxşaxəli inkişaf strategiyası ölkənin həm ixrac imkanlarını, həm də qlobal təhlükəsizlikdəki rolunu daha da gücləndirir.

Yeni naviqasiya qaydalarına nələr şamil olunacaq?

Yeni naviqasiya qaydalarına nələr şamil olunacaq?

Dünya
13 sentyabr 2026 452 baxış
Hörmüzdə yeni gəmiçilik marşrutu | Qaydalar dəyişir - Baku TV

Hörmüzdə yeni gəmiçilik marşrutu | Qaydalar dəyişir - Baku TV

Dünya
13 sentyabr 2026 452 baxış
Varşava Rusiyanın qərb sərhədində hərbi hazırlığın artırılmasını istəyir

Varşava Rusiyanın qərb sərhədində hərbi hazırlığın artırılmasını istəyir

Dünya
13 sentyabr 2026 452 baxış
Manama İranla danışıqlar üçün şərt irəli sürdü

Manama İranla danışıqlar üçün şərt irəli sürdü

Dünya
13 sentyabr 2026 452 baxış
ABŞ İranı qadağan olunmuş sursatlarla vurub? - Baku TV CANLI

ABŞ İranı qadağan olunmuş sursatlarla vurub? - Baku TV CANLI

Dünya
13 sentyabr 2026 452 baxış
Çimu elitasına aid ilk tamamilə toxunulmamış tapıntıdır

Çimu elitasına aid ilk tamamilə toxunulmamış tapıntıdır

Dünya
13 sentyabr 2026 452 baxış
2,5 milyon il əvvələ aid nəhəng diş tapılıb

2,5 milyon il əvvələ aid nəhəng diş tapılıb

Dünya
13 sentyabr 2026 452 baxış
Azı 2 nəfər ölüb, 6 nəfər isə itkin düşüb

Azı 2 nəfər ölüb, 6 nəfər isə itkin düşüb

Dünya
13 sentyabr 2026 452 baxış
Sağçıların yüksəlişi etirazlara səbəb olub

Sağçıların yüksəlişi etirazlara səbəb olub

Dünya
13 sentyabr 2026 452 baxış
İran ABŞ-nin kimyəvi silahdan istifadə etdiyini iddia edir

İran ABŞ-nin kimyəvi silahdan istifadə etdiyini iddia edir

Dünya
13 sentyabr 2026 452 baxış
Seçilmişlər
icon