Pleyeri seçin:

Türkiyəli mütəxəssis hamsilərdən qızılgül yetişdirdi | 2 illik zəhmətin bəhrəsi

28 noyabr 2024 329 baxış

Türkiyənin Samsun şəhərində hamsi balığının tullantılarından istifadə edilərək, torpaqsız əkinçilik üsulu ilə qızılgül yetişdirilib.

Məlumata görə, bu barədə layihənin müəllifi, Ondokuz May Universitetinin Ziraat fakültəsinin Bağçılıq bölümünün mütəxəssisi Mehmet Tütüncü məlumat verib.

M.Tütüncü bildirib ki, balıq tullantılarından kənd təsərrüfatında istifadə etmək üçün iki il əvvəl işlərə başlanılıb. Müəssisələrdən əldə edilən tullantılar kimyəvi proseslərlə amin turşularına çevrilib və bu amin turşularından istifadə edilərək qızılgüllər yetişdirilib.

“Bu, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası tərəfindən dəstəklənən bir layihədir. Hamsi tullantılarından günümüzdə bioaktivator və ya biostimulyator adlanan məhsul hazırladıq.

Bu məhsulu torpaqsız kənd təsərrüfatında, Hindistan qozu torfunda yetişdirilən qızılgüllərə tətbiq edərək böyümə parametrlərinə təsirini öyrənirik. Layihənin üçüncü ilindəyik. Hər il müntəzəm olaraq qızılgüllər yığılır və hazırladığımız məhsulun təsiri analiz edilir.

Əslində balıqlar qədim dövrlərdən gübrə və bitkiləri qidalandırmaq üçün istifadə olunub. Ancaq bu gün biz yerli və lokal məhsul olan hamsi tullantılarını yeni texnologiyalarla birləşdirərək, bitkilərin gübrələnməsini dəstəkləyən məhsul hazırlamışıq. Sınaq və analizlərdən sonra bu məhsulu yaxın gələcəkdə kommersiyalaşdırmağı hədəfləyirik”, – deyə Mehmet Tütüncü vurğulayıb.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 329 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 329 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 329 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 329 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 329 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 329 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 329 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 329 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 329 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 329 baxış
Seçilmişlər
icon