Pleyeri seçin:

Ukraynaya ayrılan vəsait nələrə xərclənəcək? | Polşa XİN-dən açıqlama

01 iyul 2025 669 baxış

Avropa İttifaqı (Aİ) 2025-ci ilin ilk altı ayı ərzində Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına 1,9 milyard avro maliyyə yardımı ayırıb.

Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Aİ Şurasında Varşavanın sədrliyinin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, bu vəsait Ukraynada silah istehsalı və hərbi ehtiyacların təmin olunmasına yönəldilib:

“Bizim sədrliyimiz dövründə dondurulmuş Rusiya aktivlərindən faiz gəlirləri hesabına əldə olunan 1,9 milyard avro həcmində ikinci yardım tranşını Ukraynaya ötürmək mümkün oldu”.

Qeyd edək ki, Avropa İttifaqı liderləri 2024-cü ildə keçirilmiş sammitdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin bir hissəsinin Ukraynaya hərbi dəstək məqsədilə ayrılması barədə qərar qəbul etmişdi. 2025-ci ilin yazında Ukraynanın Baş naziri Denis Şmıqal Aİ-nin bu məqsədlə 1,9 milyard avro ayıracağını açıqlamışdı.

Bu vəsaitin 1 milyard avrosu Ukrayna istehsalçıları ilə birbaşa silah alışına – “Danimarka modeli” üzrə sərf olunacaq. Üstəlik, 600 milyon avrodan çoxu artilleriya və sursat alınmasına, 200 milyon avrodan çoxu isə Hava Hücumundan Müdafiə sistemlərinin gücləndirilməsinə yönəldiləcək.

Hazırda Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya tərəfindən dondurulmuş Rusiya aktivlərinin ümumi həcmi 300 milyard dollara yaxındır. Bu vəsaitin təxminən 210 milyard dolları Belçikada yerləşən “Euroclear” beynəlxalq maliyyə platformasında saxlanılır.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 669 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 669 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 669 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 669 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 669 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 669 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 669 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 669 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 669 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 669 baxış
Seçilmişlər
icon