Volqoqradda həbsxanaya hücum edənlər kimlərdir və yeni tələbləri nələrdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Volqoqrad vilayətində İK-19 islah koloniyasına hücum edərək bir neçə nəfəri öldürən, yaralayan və əsir götürən şəxslər yeni tələblər irəli sürüblər.
Bu barədə Rusiya "Telegram" kanallarında məlumat yayılıb.
Özlərini İŞİD-çilər adlandıran hücumçular yeni video çəkiblər. Görüntülərdə 2 milyon dollar və helikopter istəmədiklərini, Rusiyanın Moskva vilayətində "Crocus City Hall"a hücum edən terrorçuların "qisas"ını aldıqlarını bildiriblər. Həmçinin yaralı girovu başqası ilə dəyişməyi təklif ediblər.
Eyni zamanda təsdiqlənməmiş məlumatlara görə, onlar öz tanışlarının istintaq təcridxanasından buraxılmasını tələb edirlər. Hücumçular iddia edirlər ki, kadrlarda görünməməsinə baxmayaraq, onların əlində çox sayda girov var.
Həmçinin videogörüntülərdə İK-19-a hücum edənlərdən biri – Tacikistandan olan 23 yaşlı Rüstəmçon Navruzinin əldəqayırma kamikadze jiletini geyindiyi və əlində detonator tutduğu əks olunub. Partlayıcı maddənin benzin və sənaye mayelərindən hazırlandığı ehtimal olunur və həcmi 5-7 litr təşkil edir.
Bu arada Rusiyanın “Telegram” kanalları xüsusi təyinatlı qüvvələrin koloniyada əməliyyat keçirdiyi, bütün girovların azad edildiyi və terrorçuların zərərsizləşdirildiyi haqda məlumat yayıb.
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
