Pleyeri seçin:

“Vorzakon” Kolbayevə ölümündən sonra yarım milyon dollarlıq zərbə

17 oktyabr 2023 432 baxış

İki həftə əvvəl xüsusi əməliyyat zamanı öldürülmüş qırğız “vorzakon” Kamçı Kolbayevin yarım milyon dollar dəyəri olan cins atları müsadirə edilib.

Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, Kolbayevin əmlakının axtarışı davam etdirilir. Müstəntiqlər dəyəri 500 min dollardan çox olan səkkiz damazlıq at götürüblər. Bunlar əsasən safqanlı cins ingilis atlarıdır.

Qırğız MTN-inin Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət işi çərçivəsində aparılan əməliyyat-istintaq tədbirləri zamanı müsadirə edilən damazlıq atların ən bahalısı “Baş Qaşqa”dır, onun qiyməti 150 min dollardır. Sonrakı “Komandir”, “Roşan” və Donçak” adlanan atların hər birinin qiyməti isə 100 min dollar təşkil edir.

Bundan başqa, Kolbayevin “Kunduz” və “Baytay” adlanan cins atları 50 min dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, Kolbayev saxlanılması üçün keçirilən xüsusi əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə müqavimət göstərərkən öldürülüb. Qırğız Prezident Sadır Japarov onun öldürülməsi ilə bağlı araşdırılma aparılması üçün Hərbi Prokurorluğa göstəriş verib.

Tarixi abidə 3 gün ziyarətçilərə bağlanmışdı

Tarixi abidə 3 gün ziyarətçilərə bağlanmışdı

Dünya
27 sentyabr 2026 432 baxış
Hər gün problemlə üzləşdiyi piyada yolunda dəyişikliklər edildi

Hər gün problemlə üzləşdiyi piyada yolunda dəyişikliklər edildi

Dünya
27 sentyabr 2026 432 baxış
Roma Papası XIV Leo Parisdə insanları başına topladı

Roma Papası XIV Leo Parisdə insanları başına topladı

Dünya
27 sentyabr 2026 432 baxış
Tədbirə 10 mindən çox insan qatılıb

Tədbirə 10 mindən çox insan qatılıb

Dünya
27 sentyabr 2026 432 baxış
Məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" hərəkatı öz üzərinə götürüb

Məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" hərəkatı öz üzərinə götürüb

Dünya
27 sentyabr 2026 432 baxış
Ticarət Şurası kimi mexanizmlərin yaradılması nəzərdə tutulur

Ticarət Şurası kimi mexanizmlərin yaradılması nəzərdə tutulur

Dünya
27 sentyabr 2026 432 baxış
"Nuxba" və HƏMAS ciddi itkilər verib

"Nuxba" və HƏMAS ciddi itkilər verib

Dünya
27 sentyabr 2026 432 baxış
Tramp İranın Hörmüzlə bağlı planını niyə rədd edib?

Tramp İranın Hörmüzlə bağlı planını niyə rədd edib?

Dünya
27 sentyabr 2026 432 baxış
ABŞ-nin şərq sahilləri güclü fırtına ilə üz-üzədir

ABŞ-nin şərq sahilləri güclü fırtına ilə üz-üzədir

Dünya
27 sentyabr 2026 432 baxış
Tramp onları Ağ Evə buraxmamağa çağırış edib

Tramp onları Ağ Evə buraxmamağa çağırış edib

Dünya
27 sentyabr 2026 432 baxış
Seçilmişlər
icon