Pleyeri seçin:
Xurafatın qarşısı alınacaqmı? | Tacikistanda hicab qadağan edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tacikistanda hicaba qadağa qoyulub. Bu barədə qanunu ölkənin prezidenti Emoməli Rəhmon imzalayıb.
Bildirilir ki, qanunun məqsədi tacik cəmiyyətində xurafat və fanatizmin qarşısını almaqdır. Hicab qadağasına əməl etməməyə görə cərimə nəzərdə tutulub.
Qeyd edək ki, iyunun 20-də Tacikistan parlamentinin yuxarı palatası “Ənənələrin və ritualların nizama salınması haqqında” qanuna düzəlişlər qəbul edib. İndi ölkədə “milli mədəniyyətə yad olan geyimlərin idxalı, satışı və ictimai yerlərdə geyinilməsi” qadağandır.
Qeyd olunur ki, bu cür aksiyalar milli dəyərlərin qorunmasına və ekstremizmin qarşısının alınmasına yönəlib.
Kopyalandı
#Tacikistan teqi istifadə olunub
- İlham Əliyev Tacikistan Prezidentini qəbul edib - Baku TV
- Ticarətdən bərpaolunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV
- Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV
- Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV
- Dörd ölkənin liderləri yeni idman obyektinin açılış mərasimində bir araya gəlib - Baku TV
