Yaşar Gülərdən Rəisinin olduğu helikopterlə bağlı vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Hadisədən bir müddət sonra İran rəsmiləri bizdən gecəgörmə qabiliyyətinə malik helikopter istədi. Bu kontekstdə mövcud şərtlərdə daha faydalı ola biləcəyini düşünərək “Akınçı” PUA-sının hazırlanmasını tapşırdıq”.
Bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğrayandan sonra axtarışları barədə danışarkən deyib.
“Prezident Rəcəb Tayyib Ərdoğan təsdiqlədikdən sonra və iranlı rəsmilərin istəyi ilə “Akınçı” PUA-sı saat 23:30-da Batmandan havaya qalxaraq, saat 00:12-də İran hava məkanına daxil oldu.
Müvafiq ərazidə aparılan axtarışlar zamanı saat 02:36-da ilk vizual əlaqə qurulub və aşkarlanan mənbə İran rəsmiləri ilə paylaşılıb. Saat 05:50-də İran rəsmiləri tərəfindən həmin ərazidə dağıntıların tapılması barədə məlumat daxil olub. Missiyasını uğurla başa vuran “Akınçı” PUA saat 06:45-də Türkiyə hava məkanına qayıtdı”, – nazir bildirib.
#Türkiyə Milli Müdafiə Nazirliyi teqi istifadə olunub
- Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizin mühafizəsi üçün birgə tədbirlər görür - Baku TV
- Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV
- Yunanıstanın hərbi addımı nəyə hazırlıqdır?
- “Yıldırımhan” adlı qitələrarası ballistik raket 6000 km məsafədəki hədəfləri vura biləcək
- Türk Korpusu üçün regional qərargahın yaradılması nəzərdə tutulur | Zəki Aktürk
