Pleyeri seçin:

Yerin daxili nüvəsi fərqli istiqamətdə fırlanmağa başlayıb

13 avqust 2026 226 baxış

Yerin mərkəzində planetin qalan hissəsindən müstəqil şəkildə fırlanan daxili nüvə yerləşir. Yeni araşdırma göstərib ki, son dövrlərdə onun həm fırlanma sürəti, həm də istiqaməti dəyişib. Alimlər bu dəyişikliklərə nəyin səbəb ola biləcəyini və onların insanlara təsir edib-etməyəcəyini araşdırırlar.

“Komputer Swiat”ın məlumatına görə, Yerin nüvəsi planetimizin səthindən təxminən 5180 kilometr dərinlikdə yerləşir və hələ də kifayət qədər yaxşı öyrənilməyib. Seysmoloqlar və geoloqlar mantiyanın altında, Yerin dərinliklərində baş verən proseslərlə bağlı bir çox suallara cavab axtarırlar. Bu suallardan biri artıq uzun illərdir müzakirə olunan nüvənin fırlanmasının yavaşlaması ilə bağlıdır.

“Nature” jurnalında dərc olunan araşdırma əvvəlki fərziyyələri təsdiqləyib: Yerin daxili nüvəsi həqiqətən daha yavaş fırlanır və bundan əlavə, hazırda fərqli istiqamətdə hərəkət edir.

Tədqiqatçılar 1964-cü ildən başlayaraq daxili nüvədən keçən zəlzələ seysmik dalğalarını izləyiblər. Bunun əsasında onlar dünyanın eyni ərazilərində baş verən zəlzələlər nəticəsində yaranan, lakin müxtəlif vaxtlarda qeydə alınan dalğaların keçdiyi 121 nöqtəni seçiblər. Araşdırmaya həmçinin 1971–1974-cü illərdə Sovet İttifaqının keçirdiyi nüvə sınaqlarından yaranan zərbə dalğaları ilə bağlı məlumatlar daxil edilib.

Alimlərin fərziyyəsinə görə, nüvənin fırlanması seysmik dalğanın keçmə müddətinə təsir göstərir. Bu göstəricilərin müqayisəsi nüvənin fırlanmasında 70 illik dövrün mövcud olduğunu ortaya çıxarıb. Hazırkı yavaşlama, ehtimal ki, həmin dövrün bir hissəsidir. Bunun hansı nəticələrə səbəb ola biləcəyi isə hələlik məlum deyil.

Məlumatlar göstərib ki, bu dövr ərzində nüvənin fırlanması müxtəlif sürətlərlə gah yavaşlayır, gah da sürətlənir. Bunun səbəbi də alimlər üçün hələ də sirr olaraq qalır. Hesablamalar doğrudursa, təxminən 10 ildən sonra nüvənin fırlanması yenidən sürətlənməyə başlamalıdır.

Alimlər nüvənin fırlanma istiqamətinin dəyişməsinin insanların həyatına təsir göstərməyəcəyini bildirirlər.  

Kopyalandı
Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 226 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 226 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 226 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 226 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 226 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 226 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 226 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 226 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 226 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 226 baxış
Seçilmişlər
icon