Zaxarova Ukraynanın bu hərəkətini qınadı | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna MDB çərçivəsində imzalanmış 134 müqavilədən çıxmaq istəyir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O qeyd edib ki, rəsmi Kiyev artıq bununla bağlı müvafiq bildiriş də göndərib.
Mariya Zaxarovanın sözlərinə görə, Ukrayna azad ticarət haqqında müqavilə də daxil olmaqla, hələ də MDB çərçivəsində imzalanmış 200-dən çox beynəlxalq razılaşmanın tərəflərindən biridir.
“Ukraynanın imzaladığı müqavilələr üzrə öhdəliklərdən imtinası MDB üzvü olan digər ölkələr arasında əməkdaşlığa qətiyyən təsir etmir. Çünki onlardan fərqli olaraq üzvlər öz vətəndaşlarının rifahını düşünür və regional inteqrasiyanın bir çox sahələrdə böyük fayda verəcəyi qənaətindədir”, – deyə M.Zaxarova bildirib.
#Ukrayna teqi istifadə olunub
- İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
