Zelenskinin keçmiş mətbuat katibi barədə sensasiyalı məlumat - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən Prezident Volodimir Zelenskinin sabiq mətbuat katibi Yuliya Mendel barəsində cinayət işi başladılıb.
Təhlükəsizlik Xidmətinin məlumatına görə, Yuliya Mendel Ukraynaya qarşı informasiya-təxribat fəaliyyəti ilə məşğul olub. Ona Ukrayna Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb. Bunlar hərbi vəziyyət dövründə dövlətə xəyanət, həmçinin Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə haqq qazandırmaq və onun iştirakçılarını təbliğ etməkdir.
Xidmət bildirir ki, Yuliya Mendel ictimai çıxışlarında və sosial şəbəkə paylaşımlarında Ukraynanı beynəlxalq arenada nüfuzdan salmağa çalışıb, həmçinin Rusiyanın müharibəsinə haqq qazandırıb.
Hazırda Ukraynadan kənarda olan Yuliya Mendelin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Yuliya Mendel daha əvvəl Ukrayna və Prezident Volodimir Zelenski barədə tənqidi açıqlamalar verib. O, bu ilin mayında jurnalist Taker Karlsona müsahibəsində Rusiya təbliğatına uyğun fikirlər səsləndirib. 2026-cı ilin avqustunda isə Fransanın “Le Journal” nəşrinə müsahibəsində Volodimir Zelenskini müharibədən ən çox faydalanan şəxs adlandırıb, onu avtoritarizmdə və korrupsiya problemlərinə məhəl qoymamaqda ittiham edib.
#Yuliya Mendel teqi istifadə olunub
