Pleyeri seçin:

66 yaşlı qadının amansız qatili kim imiş? - Keşlədə qandonduran cinayət

10 dekabr 2024 480 baxış

1997-ci il yanvarın 24-də Keşlə qəsəbəsində yerləşən fərdi evlərdən birində 66 yaşlı Zoyaxanım Rzayevanın meyiti aşkarlanıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Zoyaxanım Rzayevanın ölümünə küt travma nəticəsində beynə qansızma səbəb olub. İş üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, cinayəti törədən şəxs və ya şəxslər müəyyən edilməyib. Müvafiq qərarla cinayət işinin icraatı dayandırılıb.

2023-cü il iyunun 24-də isə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda 26 il əvvəl törədilmiş qətlin üstünün açılması barədə birgə məlumat yayıb. Bakı şəhər sakini Kərim Kərimli cinayət məsuliyyətinə cəlb edilib.

İstintaqla müəyyən olunub ki, 1997-ci ildə Keşlə qəsəbəsində yaşayan Zoyaxanım Rzayeva qonşusu Kərim Kərimlini bibisi oğlu Vidadi Cəfərovun ölümündə günahlandırıb. Z.Rzayeva hər dəfə Kərimi görəndə deyib ki, Vidadi Cəfərov onun gətirdiyi narkotik vasitənin təsirindən dünyasını dəyişib.

Yanvarın 22-də saat 18 radələrində Kərim Kərimli qadının yanına gedərək onu ittiham etməsinin səbəbini soruşduqda Zoyaxanım Rzayeva kobud cavab verərək Kərimdən evini tərk etməsini tələb edib.

Qonşusunun ünvanına işlətdiyi nalayiq ifadələrdən hiddətlənərək evdən çıxıb və giriş qapısının yanında divara söykədilmiş dəmir borunu götürərək geri qayıdıb. Dəhlizdə dayanmış yaşlı qadına yaxınlaşaraq arxadan rəhmsizliklə baş nahiyəsinə dəfələrlə güclü zərbələr endirib. Bu hərəkəti ilə zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

Bundan başqa, Kərim Kərimli özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin fevral ayında tanışı şərti adı Lalə Cəfərova olan qadının Maştağa qəsəbəsində yerləşən torpaq sahəsi və orada inşa edilmiş evi satmaq istəməsini öyrənib. Qadına torpağı və evi 45 000 manata satacağına dair yalandan söz verib əmlak alqı-satqısı ilə məşğul olan, onun cinayətkar niyyətindən xəbəri olmayan Asif Cəbrayılova müraciət edərək özünü L.Cəfərovanın əri kimi təqdim edib. Asif Cəbrayılovun vasitəsilə torpağı ev ilə birlikdə 16 000 manata sataraq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kərim Kərimliyə 17 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. 2006-cı ildən 2021-ci ilədək 14 il 6 ay cəza çəkdiyi müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Qeyd edək ki, K.Kərimli müxtəlif cinayətlər törətdiyinə görə 2003-cü ildən 2021-ci ilə qədər dəfələrlə məhkum olunub. 

Tiktoker "Arzum"un məhkəməsi niyə təxirə salındı? - Yeni məlumatlar açıqlandı - Baku TV

Tiktoker "Arzum"un məhkəməsi niyə təxirə salındı? - Yeni məlumatlar açıqlandı - Baku TV

Hadisə
25 iyun 2026 480 baxış
Məşhur tiktoker “Arzum” hakim qarşısında | Əməkdaşımız son məlumatları çatdırdı - Baku TV

Məşhur tiktoker “Arzum” hakim qarşısında | Əməkdaşımız son məlumatları çatdırdı - Baku TV

Hadisə
25 iyun 2026 480 baxış
Naxçıvanda sel fəsadlar törətdi | Evlərə və təsərrüfatlara ziyan dəydi - Baku TV

Naxçıvanda sel fəsadlar törətdi | Evlərə və təsərrüfatlara ziyan dəydi - Baku TV

Hadisə
25 iyun 2026 480 baxış
DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR

DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR

Hadisə
24 iyun 2026 480 baxış
Sərnişinlər narkoman sürücünün əməlindən şikayətlənmək əvəzinə görün nə etdilər - Baku TV

Sərnişinlər narkoman sürücünün əməlindən şikayətlənmək əvəzinə görün nə etdilər - Baku TV

Hadisə
24 iyun 2026 480 baxış
İmişlidə ticarət obyektində güclü yanğın baş verib - Baku TV

İmişlidə ticarət obyektində güclü yanğın baş verib - Baku TV

Hadisə
24 iyun 2026 480 baxış
"Kənddə hamı bilir ki..." | Tükürpərdən hadisə: 2 yeniyetmə necə itkin düşdü? - Baku TV

"Kənddə hamı bilir ki..." | Tükürpərdən hadisə: 2 yeniyetmə necə itkin düşdü? - Baku TV

Hadisə
23 iyun 2026 480 baxış
“Dedi ki, başımı kəssəniz də, danışmaram” | Dənizdə batan Vüqarın atası fəryad etdi - Baku TV

“Dedi ki, başımı kəssəniz də, danışmaram” | Dənizdə batan Vüqarın atası fəryad etdi - Baku TV

Hadisə
23 iyun 2026 480 baxış
Reabilitasiya mərkəzində nələr baş verib? | Məhkəmədə gərgin anlar - Baku TV

Reabilitasiya mərkəzində nələr baş verib? | Məhkəmədə gərgin anlar - Baku TV

Hadisə
23 iyun 2026 480 baxış
Kürdəmirdə kənd sakini faciəvi şəkildə həyatını itirdi - Baku TV

Kürdəmirdə kənd sakini faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
22 iyun 2026 480 baxış
Seçilmişlər
icon