Pleyeri seçin:

Adam oğurlayanlara DTX-dən basqın | Pakistan və hindistanlıların dəhşətli planı

15 mart 2024 671 baxış

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilib. Bu barədə DTX məlumat yayıb.

Araşdırmalar zamanı müəyyən olunub ki, Pakistan vətəndaşı 1992-ci il təvəllüdlü Ullah Naeem Xan Navvab digərləri ilə cinayət əlaqəsinə girib qabaqcadan sövdələşməklə həmin ölkənin vətəndaşı Şeraz Muhammad Afzal Muhammadı Kanada dövlətinə getməsi üçün vizasının təsdiq edilməsi adı altında aldadaraq Azərbaycana gəlməsinə nail olub, mütəşəkkil cinayətkar dəstə üzvlərinin əvvəlcədən əldə etdikləri razılıq əsasında kirayəyə götürdükləri Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən evə aparıb, qollarını və ayaqlarını bağlayaraq orada saxlayıb və azad edilməsi müqabilində onun Pakistan İslam Respublikasında olan yaxın qohumlarından külli miqdarda pul vəsaiti tələb edib.

DTX-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törədən şəxslər Qəbələ rayonunun Vəndam qəsəbəsindəki evdə cinayət başında saxlanılıb, Şeraz Muhammad Afzal Muhammad isə azad edilib.

Həbs olunmuş Ullah Naeem Xan Navvab və digərləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə adam oğurluğu) maddələri ilə cinayət işi başlanılıb.

Banner
“Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV

“Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV

Hadisə
10 oktyabr 2026 671 baxış
Lənkəranda ağaclar aşdı, sakinlər çətin durumda qaldı - Baku TV CANLI

Lənkəranda ağaclar aşdı, sakinlər çətin durumda qaldı - Baku TV CANLI

Hadisə
10 oktyabr 2026 671 baxış
Müəmmalı hadisə | Bu qədər maşın niyə yanıb külə döndü? - “Partlayış səsi gələndə...” - Baku TV

Müəmmalı hadisə | Bu qədər maşın niyə yanıb külə döndü? - “Partlayış səsi gələndə...” - Baku TV

Hadisə
10 oktyabr 2026 671 baxış
Masazırda heyrətə gətirən hadisə | 4 avtomobili eyni anda alov bürüdü - Baku TV CANLI

Masazırda heyrətə gətirən hadisə | 4 avtomobili eyni anda alov bürüdü - Baku TV CANLI

Hadisə
10 oktyabr 2026 671 baxış
Sumqayıtdakı narahatedici hadisə ilə bağlı hansı detallar açıqlandı? - Baku TV

Sumqayıtdakı narahatedici hadisə ilə bağlı hansı detallar açıqlandı? - Baku TV

Hadisə
10 oktyabr 2026 671 baxış
"Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV

"Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV

Hadisə
09 oktyabr 2026 671 baxış
Antibiotik vurulan 12 uşağın səhhətində ciddi ağırlaşma yaranıb - Baku TV

Antibiotik vurulan 12 uşağın səhhətində ciddi ağırlaşma yaranıb - Baku TV

Hadisə
09 oktyabr 2026 671 baxış
Beyləqanda dərs zamanı hazırlanan yemək şagirdləri xəstəxanalıq etdi - Baku TV CANLI

Beyləqanda dərs zamanı hazırlanan yemək şagirdləri xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
09 oktyabr 2026 671 baxış
Sumqayıtda kütləvi zəhərlənmə | Uşaqlar bir iynəyə görə xəstəxanalıq oldu? - Baku TV

Sumqayıtda kütləvi zəhərlənmə | Uşaqlar bir iynəyə görə xəstəxanalıq oldu? - Baku TV

Hadisə
09 oktyabr 2026 671 baxış
Binədəki qətl hadisəsi ilə bağlı təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Binədəki qətl hadisəsi ilə bağlı təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Hadisə
09 oktyabr 2026 671 baxış
Seçilmişlər
icon