Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda həyat yoldaşını güllələyərək qətlə yetirməkdə ittiham olunan Zaur Qəhrəmanovun cinayət işinin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əskərova-Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Zaur Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Cinayət işinin məhkəmə baxışı noyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2026-cı ilin iyulun 9-da Nəsimi rayonunun Mircəlal Paşayev küçəsi 2 ünvanında baş verib. Bakı sakini, 44 yaşlı Amalya Qəhrəmanovanın həmin ünvanda öldürülməsi ilə bağlı polisə məlumat daxil olub. Bundan bir qədər sonra isə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən güllə yarası ilə xəstəxanaya yerləşdirilən Zaur Qəhrəmanov barəsində məlumat verilib.
Araşdırmalarla məlum olub ki, Amalya Qəhrəmanova sozügedən ünvandakı aptekdə çalışırmış. Məlumata görə, qadının keçmiş həyat yoldaşı Zaur Qəhrəmanov silahla aptekin qarşısına gələrək onu öldürməklə hədələdikdə qadın aptekdən küçəyə qaçıb və ərazidən uzaqlaşmaq istəyib. Həmin vaxt Zaur Qəhrəmanov onu küçədə yaxalayıb və atəş açaraq Amalyanı qətlə yetirib. O, bundan sora özünə də atəş açmaqla ağır xəsarət yetirib. Zaur Qəhrəmanovun müalicəsi bitdikdən sonra o, istintaqa cəlb olunub.
Onu da qeyd edək ki, Zaur Qəhrəmanov və Amalya Qəhrəmanova hadisədən bir neçə ay əvvəl rəsmi boşanıblar və onların bir azyaşlı övladı olub. Zaur Qəhrəmanov barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyəti ilə qəsdən adam öldürmə) və digər müvafiq maddələrlə cinayət işi açılaraq ittiham irəli sürülüb.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Bakı Ağır Cinayətlər Məhkəməsində beynəlxalq terror şəbəkəsinə qoşulanlara sərt hökm - ƏSAS XƏBƏR
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
