Pleyeri seçin:

Ata qızını vəhşicəsinə qətlə yetirdi | Tükürpərdici hadisənin detalları

17 iyun 2025 643 baxış

Bakıda qızını öldürməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə təqsirləndirilənə hökm oxunaraq o, 16 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilənin 17 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, hadisə 2024-cü ilin noyabrın 10-da Bakının Zabrat qəsəbəsində baş verib. Qəsəbə ərazisində yaşayan 42 yaşlı Cəmalə Atakişiyevanın yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub. Mərhumun atası Yelmar Atakişiyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Təqsirləndirilən ifadəsində qeyd edib ki, həbsxanada olduğu müddətdə qızı barədə xoşagəlməz məlumatlar alıb və buna görə dəfələrlə bu söz-söhbətlərə son qoymaq üçün övladına xəbərdarlıq edib.

Yelmar Atakişiyev həbsdən çıxdıqdan sonra qızı ilə bu məsələni müzakirə edərkən onun gizli şəkildə ikinci telefonu işlətdiyi məlum olub. Yelmar bunun səbəbini soruşduqda isə Cəmalə atasına onun işinə qarışmamağı tövsiyə edib.

Bundan sonra hiddətlənən Y.Atakişiyev əl və ayaq zərbələri ilə qızına ağır xəsarətlər yetirib. Cəmalə Atakişiyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İstintaq tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Banner
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 643 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 643 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 643 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 643 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 643 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 643 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 643 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 643 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 643 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 643 baxış
Seçilmişlər
icon