Pleyeri seçin:

Azərbaycanlı bloger və ailəsinə qarşı... | Rusiyada əks-səda yaradan hadisənin detalları

14 iyul 2025 508 baxış

Rusiyada yaşayan, əsl adı Sübhan Məmmədov olan tanınmış azərbaycanlı bloger "Subo" rəsmi olaraq beynəlxalq axtarışa verilib.

Moskva Vilayət Prokurorluğunun yaydığı məlumata görə, bloger vergidən yayınma və çirkli pulların yuyulmasında şübhəli bilinir.

İstintaqın versiyasına əsasən, Sübhan Məmmədov 2020-2022-ci illər arasında ailə üzvləri ilə birlikdə vergidən yayınmaq məqsədilə xüsusi sxem yaradıb.

Bu müddət ərzində dövlət büdcəsinə 50 milyon rubl məbləğində vergi ödənilmədiyi iddia olunur. Bildirilir ki, bu pullardan 10 milyon rubla yaxın hissə lüks avtomobillərin alınmasına yönəldilib.

Blogerin atası və qardaşı da cinayət işinə cəlb olunub. İstintaq orqanları iddia edir ki, Sübhan Məmmədov Dubaya qaçdıqdan sonra qardaşı Moskvadakı bir neçə mənzilin və premium sinif avtomobillərin satışında iştirak edib, pulların izini gizlədib.

Hazırda blogerin özü beynəlxalq axtarışdadır və onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Ailəsinin üzvlərinə qarşı isə həbs-qətimkan tədbiri seçilib.

Hadisə Rusiyada azərbaycanlı ictimai fiqurlara qarşı son dövrdə artan təzyiqlər fonunda xüsusi rezonans doğurub. Sosial şəbəkələrdə isə bu işin siyasi motivli ola biləcəyi ilə bağlı geniş müzakirələr gedir.

Rusiyada törədilən ağır cinayət üzrə iki Azərbaycan vətəndaşına hökm oxundu - Baku TV

Rusiyada törədilən ağır cinayət üzrə iki Azərbaycan vətəndaşına hökm oxundu - Baku TV

Hadisə
25 sentyabr 2026 508 baxış
NZS-də yanğın | Təkər tullantılarının toplandığı sahəni alov bürüdü - Baku TV

NZS-də yanğın | Təkər tullantılarının toplandığı sahəni alov bürüdü - Baku TV

Hadisə
25 sentyabr 2026 508 baxış
Dəhşətli cinayət | Qətlə yetirilən şəxsin meyiti başqa rayondan tapıldı - Baku TV

Dəhşətli cinayət | Qətlə yetirilən şəxsin meyiti başqa rayondan tapıldı - Baku TV

Hadisə
25 sentyabr 2026 508 baxış
Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI

Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 508 baxış
Qusarda tapılan qadın meyiti ilə bağlı hansı təfərrüatlar üzə çıxıb? - ANA XƏBƏR

Qusarda tapılan qadın meyiti ilə bağlı hansı təfərrüatlar üzə çıxıb? - ANA XƏBƏR

Hadisə
25 sentyabr 2026 508 baxış
Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI

Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 508 baxış
Uşaq xəstəxanalıq oldu, ana isə dedi ki... | Lənkəranda dəhşətə gətirən hadisə - Baku TV

Uşaq xəstəxanalıq oldu, ana isə dedi ki... | Lənkəranda dəhşətə gətirən hadisə - Baku TV

Hadisə
25 sentyabr 2026 508 baxış
"Sakinlər deyir ki, belə şey olmamışdı" | NZS qəsəbəsindəki yanğından anbaan görüntülər - Baku TV

"Sakinlər deyir ki, belə şey olmamışdı" | NZS qəsəbəsindəki yanğından anbaan görüntülər - Baku TV

Hadisə
25 sentyabr 2026 508 baxış
“Qadın çağırdı ki, gəl, burada...” | Sakin 53 yaşlı kişinin müəmmalı ölümündən danışdı - Baku TV

“Qadın çağırdı ki, gəl, burada...” | Sakin 53 yaşlı kişinin müəmmalı ölümündən danışdı - Baku TV

Hadisə
25 sentyabr 2026 508 baxış
53 yaşlı Yevlax sakini müəmmalı şəkildə həyatını itirdi - Baku TV CANLI

53 yaşlı Yevlax sakini müəmmalı şəkildə həyatını itirdi - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 508 baxış
Seçilmişlər
icon