Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərlə bağlı məlumat yaydı
Azərbaycanın beynəlxalq axtarışa verdiyi 4 nəfər Rusiyadan ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan vətəndaşları – Şövkətbəy Mustafayev, İlkin Rüstəmov, Rövşən Əmirxanlı və Nihad Səlimlinin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Belə ki, Nihad Səlimli sağlamlıq əleyhinə, Şövkətbəy Mustafayev, İlkin Rüstəmov və Rövşən Əmirxanlının isə mülkiyyət əleyhinə olan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiyada saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
#Baş Prokurorluq teqi istifadə olunub
- 2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Prokurorluq Gəncədə aşkarlanan mənimsəmə faktları üzrə cinayət işi başladıb - 24 SAAT
- Tarixi binanın sahibi istədiyini edə bilər? - Abidəyə qanunsuz müdaxilə üzə çıxdı - Baku TV
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
