Bərdədə qanlı mübahisə | 26 yaşlı şəxs bıçaqlanaraq öldürülüb - Baku TV
Bərdə rayonunun Molla Əhmədli kəndində 26 yaşlı Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb.
Onun qətlində tanışı, 30 yaşlı Cavad Hüseynov şübhəli bilinir.
İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahisə yaranıb. Daha sonra mübahisə Cavad Hüseynovun evinin qarşısında davam edib. Nəticədə o, Elnuru ürək nahiyəsindən bıçaqlayıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində həyatını itirib.
Mərhumun yaxınlarının sözlərinə görə, tərəflər qohum olublar.
“Səhər eşitdik ki, belə bir hadisə baş verib. Elnur ailədə iki oğuldan böyüyü idi. Çox mehriban, hamı ilə ünsiyyətcil uşaq idi. Məsələnin bu həddə gəlib çatması üçün bir səbəb yox idi”, – deyə mərhumun qohumu bildirib.
Hadisəni törətməkdə şübhəli bilinən Cavad Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma başlanılıb.
#Bərdə teqi istifadə olunub
- Bərdədə 26 yaşlı oğlan amansızlıqla öldürüldü - Baku TV CANLI
- “Çox acınacaqlı vəziyyətdəyik” | Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir - Baku TV
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bərdədə dəhşətli faciə | Açıq naqildəki elektrik cərəyanı can aldı - Baku TV
- "Oğurlanıbsa, niyə sərfiyyat göstərir?" | Bərdədə sayğaclar kimin qəzəbinə gəlib? - Baku TV
