Pleyeri seçin:

Biləsuvarda ailədaxili münaqişə qanla bitdi

27 mart 2024 461 baxış

Biləsuvarda gənc qadın qətlə yetirilib. Hadisə Xırmandalı kəndində baş verib.

Belə ki, martın 26-da günorta saatlarında 25 yaşlı Sevil Əlilinin öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 27 yaşlı Anar Məmiyevin kəsici-deşici alətlə həyat yoldaşı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Anar Məmiyev könüllü olaraq polisə təslim olub. O, şübhəli şəxs qismində saxlanılıb.

Hadisənin ilkin təfərrüatları da məlum olub. Belə ki, 2 azyaşlı övladı olan ailə yeni tikdikləri evə köçməyə hazırlaşırmış. Bu məqsədlə Sevil Əlili evin son təmizliyini etmək və köçmək üçün Bakıda işləyən həyat yoldaşına zəng edərək onu kəndə çağırıb. Təzə evdə səbəbi məlum olmayan mübahisə zamanı Anar Məmiyev həyat yoldaşının üzünə bıçaq zərbəsi endirib. Sonra onu elə təzə evin tavanından asıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Sürücü yüngül xəsarət alıb

Sürücü yüngül xəsarət alıb

Hadisə
05 avqust 2026 461 baxış
Mingəçevirdə kanal can aldı | Yeniyetmə boğularaq həyatından oldu - Baku TV CANLI

Mingəçevirdə kanal can aldı | Yeniyetmə boğularaq həyatından oldu - Baku TV CANLI

Hadisə
05 avqust 2026 461 baxış
14 yaşlı oğlanın faciəvi sonu | “Yoldaşları yanında olub, orada düşüb...” - Baku TV

14 yaşlı oğlanın faciəvi sonu | “Yoldaşları yanında olub, orada düşüb...” - Baku TV

Hadisə
05 avqust 2026 461 baxış
Qalmaqallı şirkətin rəhbəri nədə ittiham olunur? - Nigar Fərhad və anası dindirildi - Baku TV

Qalmaqallı şirkətin rəhbəri nədə ittiham olunur? - Nigar Fərhad və anası dindirildi - Baku TV

Hadisə
05 avqust 2026 461 baxış
Bu avtomobillər təhlükə saçır? - Liseyin qarşısında qorxulu anlar - Baku TV

Bu avtomobillər təhlükə saçır? - Liseyin qarşısında qorxulu anlar - Baku TV

Hadisə
05 avqust 2026 461 baxış
Bakıda avtomobil neft quyusuna düşdü

Bakıda avtomobil neft quyusuna düşdü

Hadisə
04 avqust 2026 461 baxış
“Elə savadlı uşağın dənizdə o şəkildə batması...” | 4 dostun istirahətinin ağır sonu - Baku TV

“Elə savadlı uşağın dənizdə o şəkildə batması...” | 4 dostun istirahətinin ağır sonu - Baku TV

Hadisə
04 avqust 2026 461 baxış
Qorxunc hadisənin detalları | Avtomobilin neft quyusuna düşməsinin səbəbi açıqlandı - Baku TV

Qorxunc hadisənin detalları | Avtomobilin neft quyusuna düşməsinin səbəbi açıqlandı - Baku TV

Hadisə
04 avqust 2026 461 baxış
Goranboyda nəhəng qovaq ağacı yol kənarına aşdı

Goranboyda nəhəng qovaq ağacı yol kənarına aşdı

Hadisə
04 avqust 2026 461 baxış
“Yetim böyümüşdülər” | Əmisi ilə birlikdə Xəzərdə boğulan yeniyetmənin qohumları danışdı - Baku TV

“Yetim böyümüşdülər” | Əmisi ilə birlikdə Xəzərdə boğulan yeniyetmənin qohumları danışdı - Baku TV

Hadisə
04 avqust 2026 461 baxış
Seçilmişlər
icon