Pleyeri seçin:

Evlənmək üçün Türkiyədən gələn kişidən şok iddia: "20 gündür acam, pulumu alıb dedi ki..." - Baku TV

13 may 2026 411 baxış

Türkiyə vətəndaşı Metin Şare Azərbaycanda dələduzluqla üzləşdiyini iddia edir.

O bildirir ki, evlənmək məqsədilə tanış olduğu qadına və onun yaxınlarına ümumilikdə 67 min manata yaxın pul göndərib.

49 yaşlı Metin Şarenin sözlərinə görə, qadının istəyi ilə müxtəlif şəxslərin adına pul köçürüb, daha sonra isə Azərbaycana gəlib.

“Evimi, maşınımı satıb, Azərbaycana gəldim. Almağım üçün bir ev göstərdilər, 23 min manata razılaşdıq. Pulları aldıqdan sonra isə dedilər ki, buranı tərk et, yoxsa səni deportasiya etdirəcəyik. 20 gündür acam, küçələrdə qalmışam”, – deyə o bildirib.

Qarşı tərəf isə ittihamları qəbul etmir. Aişə Orucova bildirir ki, Metin Şare birlikdə yaşadıqları müddətdə xərclədiyi pulu geri istəyir və onu təhdid edir.

“Azərbaycana gələndən sonra evdə mənə bıçaq çıxardı, barmağım kəsildi. Məni dəfələrlə təhdid edib, xərclədiyi pulları geri istəyib. Deyir ki, hamısını qaytarmasan, səni öldürəcəyəm, evini yandıracağam”, – deyə ittiham olunan şəxs söyləyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Metin Şare tanışı olan qadın tərəfindən pulunun mənimsənildiyi barədə polisə müraciət edib. Daha sonra isə qarşı tərəfin ona 1300 manat qaytardığını və artıq şikayətçi olmadığını bildirib.

Yaşayış binasında baş verən partlayışla bağlı araşdırma başlandı - Baku TV CANLI

Yaşayış binasında baş verən partlayışla bağlı araşdırma başlandı - Baku TV CANLI

Hadisə
04 oktyabr 2026 411 baxış
Suraxanıda bədbəxt hadisə | Ev uçdu, bir nəfər öldü - Baku TV

Suraxanıda bədbəxt hadisə | Ev uçdu, bir nəfər öldü - Baku TV

Hadisə
04 oktyabr 2026 411 baxış
Suraxanıda yaşayış evində uçqun olub | Ölən və yaralanan var - Baku TV

Suraxanıda yaşayış evində uçqun olub | Ölən və yaralanan var - Baku TV

Hadisə
04 oktyabr 2026 411 baxış
"Çox zəhmətkeş gəlin idi" | Tovuzdakı yanğının arxasında nə var? - Baku TV

"Çox zəhmətkeş gəlin idi" | Tovuzdakı yanğının arxasında nə var? - Baku TV

Hadisə
04 oktyabr 2026 411 baxış
Dağdan qopan torpaq 8 kəndi bir anda çıxılmaz vəziyyətdə qoydu - Baku TV

Dağdan qopan torpaq 8 kəndi bir anda çıxılmaz vəziyyətdə qoydu - Baku TV

Hadisə
04 oktyabr 2026 411 baxış
Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI

Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI

Hadisə
03 oktyabr 2026 411 baxış
“Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV

“Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV

Hadisə
03 oktyabr 2026 411 baxış
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi | 8 kəndlə əlaqə kəsildi - Baku TV

Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi | 8 kəndlə əlaqə kəsildi - Baku TV

Hadisə
03 oktyabr 2026 411 baxış
Xətaidə qorxulu yanğın | Kişini ölümə aparan hadisə necə baş verib? - Baku TV CANLI

Xətaidə qorxulu yanğın | Kişini ölümə aparan hadisə necə baş verib? - Baku TV CANLI

Hadisə
03 oktyabr 2026 411 baxış
Xətaidə ərzaq köşkündə faciə ilə nəticələnən yanğın | Əməkdaşımız hadisə yerində - Baku TV

Xətaidə ərzaq köşkündə faciə ilə nəticələnən yanğın | Əməkdaşımız hadisə yerində - Baku TV

Hadisə
03 oktyabr 2026 411 baxış
Seçilmişlər
icon