Pleyeri seçin:

İrandan Azərbaycana 50 kq narkotik gətirənlərə zərbə

19 may 2023 515 baxış

Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana tranzit yolla kokain gətirən dəstə saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının icra etdiyi əməliyyat zamanı Xalid İsgəndərov, Xəyyam Əsədov və Elman Yusifov saxlanılıblar.

DİN-dən verilən məlumata görə, onlardan 1 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain və 3 284 ədəd ekstazi həbi aşkar olunub. Belə ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan “TIR” sürücüsü E.Yusifovun bu işdə rolu narkotikləri ölkəyə keçirmək, X.Əsədovun vəzifəsi həmin narkotikləri sərhədyanı zonalardan götürərək X.İsgəndərova çatdırmaq, sonuncunun fəaliyyəti isə narkotik vasitə olan kokainin və ekstazi həblərinin Bakı şəhərində satışını təşkil etmək və əldə olunan “çirkli” pulları ölkə xaricinə çıxarmaq olub.

Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisində kokain və ekstazinin əsas tədarükçülərindən olmaları müəyyən edilib. İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə də zərbə endirilib.

DİN-dən bildirilib ki, əməliyyatlar zamanı İrandan ölkəmizə narkotik vasitələri qanunsuz yollarla gətirən daha 5 nəfər – Xəqani Sultanov, Emin Əliyev, Kamil Əliyev, Natiq Aslanov, Vüqar Cəfərov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 50 kiloqram, o cümlədən 33 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 12 kiloqram marixuana, 5 kiloqram metamfetamin, narkotiklərin təmassız dövriyyəsində istifadə etdikləri bank kartları və 210 ədəd psixotrop tərkibli həb aşkar edilib.

Saxlanılanlar İranda yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərərək ölkəmizdə narkotiklərin əsasən gənclər arasında geniş yayılmasına can atan şərti adları “Kazım”, “Fəridin” və “Babək” olan şəxslər tərəfindən narkokuryerliyə cəlb olunduqlarını etiraf ediblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

Banner
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 515 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 515 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 515 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 515 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 515 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 515 baxış
Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Hadisə
03 noyabr 2026 515 baxış
Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Hadisə
02 noyabr 2026 515 baxış
"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

Hadisə
02 noyabr 2026 515 baxış
Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Hadisə
02 noyabr 2026 515 baxış
Seçilmişlər
icon