Pleyeri seçin:

Məşhur şirkətə aid obyekt bağlandı | FHN hərəkətə keçdi

06 iyun 2024 310 baxış

Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanında yerləşən “Bolluq LTD” MMC-yə məxsus istehsalat sahəsində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli birləşmələrdən istifadə olunub, anbar sahələrində rəflərin ara məsafələri yanğınların söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə törədəcək əşyalarla tutulub, obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb, anbar tikililərindən birindən həm anbar, həm də istehsal sahəsi kimi istifadə olunub, obyektin anbar sahəsində tezalışan materiallardan ibarət otaq quraşdırılıb, istehsalat sahəsində quraşdırılmış taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb, anbar və istehsalat sahələrinin bəzi çıxış qapılarının qarşısı əşyalarla tutulub, obyektin ərazisində elektrik transformatorunun ətrafı tezalışan yanar materiallardan təmizlənməyib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, obyektin istehsalat və anbar sahələrində daxili yanğın su kranları tam quraşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, 13-cü km ünvanında yerləşən “Bolluq LTD” MMC-yə məxsus istehsalat sahəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Banner
Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI

Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI

Hadisə
11 oktyabr 2026 310 baxış
“Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV

“Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV

Hadisə
10 oktyabr 2026 310 baxış
Lənkəranda ağaclar aşdı, sakinlər çətin durumda qaldı - Baku TV CANLI

Lənkəranda ağaclar aşdı, sakinlər çətin durumda qaldı - Baku TV CANLI

Hadisə
10 oktyabr 2026 310 baxış
Müəmmalı hadisə | Bu qədər maşın niyə yanıb külə döndü? - “Partlayış səsi gələndə...” - Baku TV

Müəmmalı hadisə | Bu qədər maşın niyə yanıb külə döndü? - “Partlayış səsi gələndə...” - Baku TV

Hadisə
10 oktyabr 2026 310 baxış
Masazırda heyrətə gətirən hadisə | 4 avtomobili eyni anda alov bürüdü - Baku TV CANLI

Masazırda heyrətə gətirən hadisə | 4 avtomobili eyni anda alov bürüdü - Baku TV CANLI

Hadisə
10 oktyabr 2026 310 baxış
Sumqayıtdakı narahatedici hadisə ilə bağlı hansı detallar açıqlandı? - Baku TV

Sumqayıtdakı narahatedici hadisə ilə bağlı hansı detallar açıqlandı? - Baku TV

Hadisə
10 oktyabr 2026 310 baxış
"Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV

"Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV

Hadisə
09 oktyabr 2026 310 baxış
Antibiotik vurulan 12 uşağın səhhətində ciddi ağırlaşma yaranıb - Baku TV

Antibiotik vurulan 12 uşağın səhhətində ciddi ağırlaşma yaranıb - Baku TV

Hadisə
09 oktyabr 2026 310 baxış
Beyləqanda dərs zamanı hazırlanan yemək şagirdləri xəstəxanalıq etdi - Baku TV CANLI

Beyləqanda dərs zamanı hazırlanan yemək şagirdləri xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
09 oktyabr 2026 310 baxış
Sumqayıtda kütləvi zəhərlənmə | Uşaqlar bir iynəyə görə xəstəxanalıq oldu? - Baku TV

Sumqayıtda kütləvi zəhərlənmə | Uşaqlar bir iynəyə görə xəstəxanalıq oldu? - Baku TV

Hadisə
09 oktyabr 2026 310 baxış
Seçilmişlər
icon