Pleyeri seçin:
Naxçıvanda baş verən dəhşətli qətlin detalları | Baş Prokurorluqdan açıqlama
Naxçıvanda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.
Yanvarın 28-də Babək rayon sakini, 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.
Kopyalandı
#Babək rayonu teqi istifadə olunub
- Məktəbdə şok hadisə: “Müəllim qıza təpik də atdı, dedilər ki, arxası bərkdir...”
- Naxçıvanda dəhşətli cinayət | 47 yaşlı qadını qətlə yetirən oğludur?
- Babək və Şahbuzda görün nələr tapıldı | FHN hadisə yerində
- Naxçıvanda dəhşətli hadisə | Şagirdlər arasındakı insidentin təfərrüatı
- Ordumuzun mövqeləri Naxçıvan istiqamətində yenidən atəşə tutuldu
