"4 ay idi ki, toy olmuşdu..." | Qudaların davası 6 nəfərə dəhşət yaşatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə qudalar arasında baş verən davanın təfərrüatı məlum olub.
Hadisə iyunun 3-ü gecə saat 2 radələrində şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Göygöl sakini Əli Alışanov Zakir Sadıqova məxsus evə gələrək mübahisə zamanı ona və 26 yaşlı oğluna taxta parçası ilə xəsarət yetirib. Daha sonra tərəflər arasındakı mübahisə evin qarşısındakı ərazidə davam edib.
“4 ay idi ki, toy etmişdilər. Qonşu zəng edib dedi ki, həyətinizdən səs gəlir. Küçəyə çıxanda gördüm ki, dalaşırlar. Hamısı qanın içində idi”, – hadisə şahidi Daşqın Qurbanov deyib.
TƏBİB-dən bildirilib ki, iyunun 3-də saat 02:40-da müxtəlif bədən xəsarətləri alan 4-ü kişi, 2-si qadın olmaqla 6 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə hospitalizasiya olunub. Vəziyyətləri qənaətbəxş hesab olunan beş nəfər ambulator müayinə üçün evə buraxılıb. 45 yaşlı Əli Alişanovun müalicəsi isə reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.
#Gəncə teqi istifadə olunub
- Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
