"Deyib ki, ərə getməsəm..." | 18 yaşlı qız qaçırıldı: “Qızı tort adı ilə aparıb...” - Baku TV
Aprelin 3-də Tovuzda qız qaçırma hadisəsi baş verib. Rayonun Əlibəyli kənd sakinləri həmin kənddə nənəsigildə qonaq olan 18 yaşlı qızı qaçırıblar.
Oğlanın atası Cəlal Məmmədov gənclərin bir-birini sevdiyini bildirib:
“Onlar tətil günlərində vaxtlarını bir yerdə keçirirdilər. Artıq barışıq əldə olunub, qızın atası ərizəsini geri götürür. Qızın 18 yaşı tamam olub, yəni nikah yaşına çatıb”.
“Bir-birlərini yeni tanımışdılar. Nəvəm əvvəl oğlanı qəbul etməmişdi, amma indi razılıq verib. Onun məktəbi bitirməsinə 2 ay qalıb”, – qızın nənəsi Elminaz Cəfərova söyləyib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində gənc xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri – 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı Vüsalə Tağıyeva saxlanılaraq istintaqa cəlb olunublar.
Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
#Tovuz teqi istifadə olunub
- "Nəsə soruşanda ağlayırdı" | 3 uşaq anası evdən niyə qaçdı? - Baku TV
- "Uşaq o yanda qalıb, ana bu yanda" | Sel dəhşət yaşatdı | "Az qala balamı sel aparacaqdı" - Baku TV
- Körpü dağıldı, yol bağlandı: Tovuz kəndində fövqəladə vəziyyət - AKTUAL GÜNDƏM
- Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib - Baku TV CANLI
- Güclü seldən sonra dəhşətli vəziyyət | Tovuzda kənd mərkəzdən “ayrıldı” - Baku TV
