Pleyeri seçin:

"Qorxa-qorxa yaşayırıq" | Kanalizasiya kollektoru partladı, sakinlər təşvişə düşdü - Baku TV

01 iyun 2026 337 baxış

Bakı şəhəri, Əhmədli qəsəbəsi, Tofiq Hacıyev küçəsi 86 ünvanında kanalizasiya kollektoru ilə bağlı ciddi qəza qeydə alınıb.

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə sakinlər bildirirlər ki, kollektor xəttinin partlaması nəticəsində ərazidə kanalizasiya suları küçə və həyətlərə axır, yaşayış üçün təhlükəli vəziyyət yaranıb.

Onlar iddia edirlər ki, dörd həyət evi birbaşa risk altındadır, bəzi evlərin bünövrəsində çökmələr müşahidə olunur. Həmçinin ərazidəki güclü üfunət qoxusu nəfəs almaqda çətinlik yaradır. Kanalizasiya suları isə artıq evlərin girişinə qədər çatıb.

Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem həll olunmayıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, ərazidə kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində şəbəkədə qəza baş verib. Şəbəkənin üzərində yaşayış evinin olması hazırda xətdə müdaxilə edib təmir və bərpa işlərinin görülməsini qeyri-mümkün edib.

Qeyd edilib ki, su və tullantı su kollektorlarının magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir.

Məsələ ilə bağlı Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib. Müvafiq işlərin görülməsi üçün aidiyyəti üzrə müraciət olunub.

Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV

Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV

Hadisə
20 sentyabr 2026 337 baxış
"12 bıçaq zərbəsi vurub" | Dəhşət: 17 yaşlı oğlan anasına niyə hücum çəkdi? - Baku TV

"12 bıçaq zərbəsi vurub" | Dəhşət: 17 yaşlı oğlan anasına niyə hücum çəkdi? - Baku TV

Hadisə
19 sentyabr 2026 337 baxış
Bakıda qandonduran hadisə | 17 yaşlı oğlan bıçaqla anasına hücum etdi? - Baku TV CANLI

Bakıda qandonduran hadisə | 17 yaşlı oğlan bıçaqla anasına hücum etdi? - Baku TV CANLI

Hadisə
19 sentyabr 2026 337 baxış
“İlk dərs günü yoxa çıxdı” | Bakıdakı bu məktəbdə nə baş verdi? - "Hay-küy saldılar ki..." - Baku TV

“İlk dərs günü yoxa çıxdı” | Bakıdakı bu məktəbdə nə baş verdi? - "Hay-küy saldılar ki..." - Baku TV

Hadisə
19 sentyabr 2026 337 baxış
Şagird itib, direktor isə yerində olmayıb? - Hadisənin detalları üzə çıxdı - Baku TV CANLI

Şagird itib, direktor isə yerində olmayıb? - Hadisənin detalları üzə çıxdı - Baku TV CANLI

Hadisə
19 sentyabr 2026 337 baxış
Lənkəranda dəhşətə gətirən əməl | Yeniyetmə kimlərə görə xəstəxanalıq oldu? - Baku TV CANLI

Lənkəranda dəhşətə gətirən əməl | Yeniyetmə kimlərə görə xəstəxanalıq oldu? - Baku TV CANLI

Hadisə
18 sentyabr 2026 337 baxış
Azərbaycanda ictimai və dini xadimlərə sui-qəsd planı ifşa edildi - Baku TV CANLI

Azərbaycanda ictimai və dini xadimlərə sui-qəsd planı ifşa edildi - Baku TV CANLI

Hadisə
18 sentyabr 2026 337 baxış
“2000 dollar verib, sonra...” | Qalmaqallı “AID Group”la bağlı şikayətlər artır - Baku TV

“2000 dollar verib, sonra...” | Qalmaqallı “AID Group”la bağlı şikayətlər artır - Baku TV

Hadisə
18 sentyabr 2026 337 baxış
16 yaşlı Emili kimlər dəhşətli şəkildə döydü? - “Süni nəfəs veriblər, halı çox ağırdır” - Baku TV

16 yaşlı Emili kimlər dəhşətli şəkildə döydü? - “Süni nəfəs veriblər, halı çox ağırdır” - Baku TV

Hadisə
18 sentyabr 2026 337 baxış
DTX-dən 5 ölkədə antiterror əməliyyatı: "Sumqayıt camaatı"nın üzvləri hər şeyi etiraf etdi - Baku TV

DTX-dən 5 ölkədə antiterror əməliyyatı: "Sumqayıt camaatı"nın üzvləri hər şeyi etiraf etdi - Baku TV

Hadisə
18 sentyabr 2026 337 baxış
Seçilmişlər
icon