Pleyeri seçin:

"Ruhi xəstədir, tövləmi də yandırıb" | Oğuz sakinləri qorxu içində yaşayırlar

05 avqust 2025 687 baxış

Oğuzun Padar kəndində baş verən hadisə böyük səs-küyə səbəb olub.

Kənd sakini Rövşən Abdullayevin sözlərinə görə, əsəb xəstəliyindən əziyyət çəkdiyi deyilən Ruslan Səmədovun hərəkətləri sakinləri təşvişə salıb. Sonuncu dəfə isə Ruslan Səmədov onun tövləsini yandırıb.

“O, ruhi xəstədir, 15 il əvvəl qoca qarını balta ilə qətlə yetirib. Tövləmi yandırmazdan bir gün öncə atası mənə oğlunun evdən getdiyini söyləyərək onu axtarmaq üçün kömək istədi. Sonra hüquq-mühafizə orqanları gəldi. Onu axtardığım üçün qəsdən tövləmi yandırdı. Nəticədə, mənə 25 min manat maddi ziyan dəyib”, ‒ deyə Rövşən Abdullayev bildirib.

Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından verilən məlumata görə, Ruslan Səmədov 7 dəfə xəstəxanada stasionar müalicədə olub:

“Sonuncu dəfə 30 yanvar 2025-ci ildə qənaətbəxş vəziyyətdə evə yazılıb. Xəstənin psixi vəziyyətində yenidən pisləşmə müşahidə olunarsa, özünün və yaxınlarının müraciəti ilə Rayon Mərkəzi Xəstəxanasından göndəriş əldə edərək ərazi polisinin köməkliyi ilə Respublika Psixiatriya Xəstəxanasına müraciət edib lazımi müalicələrlə təmin oluna bilər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, iyulun 30-da Oğuz rayonunun Padar kəndində tövlənin qəsdən yandırılması ilə bağlı daxil olmuş məlumat əsasında ərazi üzrə polis orqanında araşdırmalara başlanılıb və müvafiq ekspertizalar təyin edilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ruslan Səmədov saxlanılıb. Hazırda fakta görə araşdırmalar davam etdirilir.

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 687 baxış
Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 687 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 687 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 687 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 687 baxış
TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 687 baxış
Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Hadisə
22 sentyabr 2026 687 baxış
Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 687 baxış
Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 687 baxış
Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Hadisə
21 sentyabr 2026 687 baxış
Seçilmişlər
icon