"Yaşadığı evdə onu güllələmişdi" | Xaçmazda dəhşətli cinayətin üstü açıldı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz rayonunun Qusarçay kəndində itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.
Belə ki, 38 yaşlı Əmrəddin Əkbərovun evində kirayə qalan Surəddin Həsənəliyevin onu öldürərək öz həyətində basdırdığı məlum olub.
Kənd sakinləri hadisə ilə bağlı Baku TV-yə danışıblar.
“Surəddin Əmrəddini güllələyib evinin həyətində basdırıb. İzi itirmək üçün də məzarın üstünə it yuvası qoyub. Əmrəddin yoldaşı ilə ayrılmışdı, aliment borcu var idi. Keçmiş həyat yoldaşı alimentə görə Əmrəddini axtarışa verib və bununla hadisənin üstü açılıb. Bəlli olub ki, Surəddin bundan əvvəl də qətl törətdiyi üçün həbs olunub”, – onlardan biri söyləyib.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Surəddin Həsənəliyev əməliyyat tədbirləri ilə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
#Xaçmaz teqi istifadə olunub
- Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV
- Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV
- Xaçmazda 9 nəfərin xəsarət aldığı ağır qəzanın baş verdiyi yerdən görüntülər - Baku TV
- Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- "Gəl Dost Olaq" Çərpələng Festivalının iştirakçıları təəssüratlarını bölüşdü - Baku TV
