Pleyeri seçin:

Qusarda qadına qarşı insident | Məhkəmə təqsirləndirilənə nə cəza verdi? - Baku TV

07 dekabr 2025 498 baxış

Qusarda gecə evə basqın edərək qadını öpən kişiyə elektron qolbaq taxılıb.

Rayonun Aşağı Ləgər kənd sakini, şərti adı Oruc Qasımov olan şəxsin işinə Qusar Rayon Məhkəməsində baxılıb.

İttihama görə, 35 yaşlı Oruc Qasımov saat 23 radələrində qonşusunun hasarından aşıb və evə qanunsuz daxil olub. Daha sonra o, ev sahibəsini yatılı vəziyyətdə görərək ona yaxınlaşıb. Əvvəlcə alnından öpüb, sonra isə çiyinlərindən tutaraq oyatmaq istəyib. Qadın oyanıb və onu süpürgə ilə evdən qovub.

Faktla bağlı Cinayət Məcəlləsinin mənzildə yaşayanın iradəsi ziddinə evə daxilolma maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən Oruc Qasımov ifadəsində bildirib ki, hadisə zamanı sərxoş olub. Onun sözlərinə görə, gecə saatlarında yük daşımağa kömək etmək üçün həmin evə girib, daha sonra öz evinə gedərək həyətdə yatıb.

Dediyinə görə, bir az sonra polis əməkdaşları gələrək onu saxlayıblar. O, əməlindən peşman olduğunu qeyd edib.

Zərərçəkən qadın isə Orucu kömək üçün çağırmadığını deyib:

"Oruc kömək edib getmişdi. Gecə saatlarında qəfil evimə girdi. Özümü müdafiə etmək üçün süpürgə ilə Orucu vuranda məni buraxdı. Sonra tavanı sifətinə vurdum".

O, Orucla barışmadığını və onu bağışlamadığını bildirib.

Qusa Rayon Məhkəməsinin hökmü ilə Oruc Qasımova elektron qolbaq taxılıb və barəsində 480 saat ictimai iş cəzası verilib.

Banner
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 498 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 498 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 498 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 498 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 498 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 498 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 498 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 498 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 498 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 498 baxış
Seçilmişlər
icon