Şəmkirdə məktəbdə həyəcan yaşandı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir şəhər Nəriman Nərimanov adına tam orta məktəbdə dərs saatlarında baş verən yanğın böyük həyəcana səbəb olub. "Baku TV"nin hadisə yerindən hazırladığı reportaja görə, yanğın məktəbin informatika kabinəsində qısaqapanma nəticəsində başlayıb. Hadisə zamanı 7 ədəd kompüter və masalar yararsız hala düşsə də, məktəb rəhbərliyinin və müəllimlərin çevik müdaxiləsi nəticəsində şagirdlər dərhal təxliyə planına uyğun olaraq binadan çıxarılıblar. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları tərəfindən yanğın qısa müddətdə söndürülüb. Qazax-Tovuz Regional Təhsil İdarəsinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Videoda yanğın anı, təxliyə prosesi və məktəbdəki son vəziyyət barədə ətraflı görüntülər yer alır.
#Şəmkir teqi istifadə olunub
- Şəmkirdə evin bünövrəsinə qədər gedən çökmənin səbəbi nədir? - Baku TV CANLI
- “Öldüyünü iki saat sonra xəbər verdilər” | Gənc ana faciəvi şəkildə həyatını itirdi - Baku TV
- Şəmkirdə gənc ananın ölümü ilə bağlı hadisənin təfərrüatları - Baku TV CANLI
- “Dedilər, nə vaxt tikilsə, onda su verəcəyik” | Şəmkir sakinlərindən şikayət - Baku TV
- "Nə "znak" var, nə bordür, 160-170-lə sürürlər" | Şəmkirdə yeni yol qan çanağına çevrildi - Baku TV
