Pleyeri seçin:

Süni kürü, düzgün saxlanılmayan ət... | Bakıda şadlıq sarayının mətbəxində yoxlama - Baku TV

20 oktyabr 2026 37 baxış

Mediada “Çıraq Palace” şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi, ev 20A ünvanında yerləşən fiziki şəxs Yusifov Həsən Fuad oğluna məxsus qida obyektində aparılıb.

Yoxlama zamanı ümumilikdə şadlıq sarayında keçirilən toy mərasimlərində menyu üzərindən istehlakçılara təqdim edilən ət məhsullarının çeşidinə və mərasim iştirakçılarının sayına münasibətdə yoxlamaya təqdim edilən müvafiq müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi, istehlaka verilən ətlərin miqdarının baytarlıq sənədlərində göstərilən miqdardan dəfələrlə çox olduğu və bununla da məhsullarla bağlı izlənmə sisteminin təmin olunmadığı müəyyən edilib.

Həmçinin ətlərin müvafiq temperatur rejimində saxlanılmadığı və donunun açılması prosesinin qida təhlükəsizliyi tələblərinə uyğun aparılmadığı müşahidə edilib.

Eyni zamanda istehlakçıların aldadılması ilə nəticələnən hallar aşkarlanıb. Belə ki, qonaqlara təbii “qırmızı kürü” adı altında süni kürü təqdim edilib. Bu hal istehlakçıların təqdim edilən məhsulların xüsusiyyətləri və tərkibi barədə düzgün və dolğun məlumat almaq hüququnun pozulması, istehlakçıların aldadılması kimi qiymətləndirilir.

Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib. Nöqsanlar aradan qaldırılanadək dondurucu anbarda işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

Banner
İmişlidə minik avtomobilinin aşması nəticəsində bir nəfər həyatını itirib - ƏSAS XƏBƏR

İmişlidə minik avtomobilinin aşması nəticəsində bir nəfər həyatını itirib - ƏSAS XƏBƏR

Hadisə
20 oktyabr 2026 37 baxış
5 uşaq atası olan vəzifəli şəxs barədə dəhşətli xəbər

5 uşaq atası olan vəzifəli şəxs barədə dəhşətli xəbər

Hadisə
20 oktyabr 2026 37 baxış
Şamaxıda 2 ay əvvəl vəzifəyə təyin edilən şəxslə bağlı dəhşətli xəbər - Baku TV CANLI

Şamaxıda 2 ay əvvəl vəzifəyə təyin edilən şəxslə bağlı dəhşətli xəbər - Baku TV CANLI

Hadisə
20 oktyabr 2026 37 baxış
Şamaxıda dəhşət | 2 ay öncə idarə rəisi təyin edilən Vüsal İbrahimov niyə öldü? - Baku TV

Şamaxıda dəhşət | 2 ay öncə idarə rəisi təyin edilən Vüsal İbrahimov niyə öldü? - Baku TV

Hadisə
20 oktyabr 2026 37 baxış
Həyat yoldaşını 23 bıçaqla öldürtdürən Əzizə Seyidovaya ağır cəza - Baku TV

Həyat yoldaşını 23 bıçaqla öldürtdürən Əzizə Seyidovaya ağır cəza - Baku TV

Hadisə
20 oktyabr 2026 37 baxış
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT

Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT

Hadisə
19 oktyabr 2026 37 baxış
Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV

Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV

Hadisə
19 oktyabr 2026 37 baxış
Aktyor olmaq istəyənlər nə ilə üzləşib? | "Devin Media" ətrafında səslənən dələduzluq iddiası

Aktyor olmaq istəyənlər nə ilə üzləşib? | "Devin Media" ətrafında səslənən dələduzluq iddiası

Hadisə
19 oktyabr 2026 37 baxış
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxalayıb - Baku TV

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxalayıb - Baku TV

Hadisə
19 oktyabr 2026 37 baxış
Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası

Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası

Hadisə
19 oktyabr 2026 37 baxış
Seçilmişlər
icon