Pleyeri seçin:

Tovuzda saxlanılan iki vəkil nədə ittiham olunur? | Detallar açıqlandı

28 avqust 2024 646 baxış

Tovuz rayon Vəkil Bürosunun müdiri Rəşad Abdullayev və həmin qurumun vəkili Süleyman Əliyevin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq və Vəkillər Kollegiyasının birgə məlumatında qeyd edilib.

Qeyd edilib ki, əməliyyat-istintaq tədbirləri ilə Rəşad Abdullayevin 2023-2024-cü illər ərzində ayrı-ayrı hallarda birbaşa və Süleyman Əliyevlə qabaqcadan əlbir olmaqla məhkəmənin icraatında olan müxtəlif cinayət və mülki işlər üzrə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanında olmasını vətəndaşlara bildirməklə müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaiti tələb etməsinə və almasına əsaslı şübhələr müəyyən edilib.

“İş üzrə toplanmış sübutlar əsasında Rəşad Abdullayev və Süleyman Əliyev Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Həmçinin Vəkillər Kollegiyası tərəfindən həmin şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır. Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir”, – deyə məlumatda vurğulanıb.

Banner
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 646 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 646 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 646 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 646 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 646 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 646 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 646 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 646 baxış
Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Hadisə
03 noyabr 2026 646 baxış
Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Hadisə
02 noyabr 2026 646 baxış
Seçilmişlər
icon