Pleyeri seçin:

Yanacaqdoldurma məntəqəsinin önündə qətl | Bakıdakı dəhşətli cinayətin detalları

27 sentyabr 2024 397 baxış

2023-cü il yanvarın 4-ü axşam saatlarında Beyləqan sakini 29 yaşlı Qənbər Qənbərov Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında bıçaqlanıb. Yanvarın 6-sı səhər saatlarında o, yerləşdirildiyi klinikada dünyasını dəyişib.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Ekspertizanın rəyinə görə, Qənbər Qənbərovun ölümünə kəskin qanitirmə ilə müşayiət olunan şok səbəb olub. İstintaqla müəyyən edilib ki, yanvarın 4-ü saat 22:15-də 27 yaşlı Sənan Hacıyev dostları – 33 yaşlı Elvin Sadıqov və 31 yaşlı Məqsud Həsənovla birlikdə “VAZ 2107” markalı avtomobillə Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən qarşısında gedən “Toyota Prius” qəza şəraiti yaradıb. Bu zaman arxadan gələn “Opel Astra” markalı avtomobili idarə edən Əfrail Qənbərov qəzanın qarşısını almaqdan ötrü onun sağ tərəfindən keçib.

Bundan əsəbiləşən Sənan Hacıyev iradını bildirmək üçün maşını sürətlə idarə edərək Əfrail Qənbərova avtomobilini saxlamasını işarə edib. Sənan Hacıyev və dostları Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində dayanaraq Əfrail Qənbərov və onun yanında olan qardaşı ilə mübahisə ediblər. Qısa müddətdə mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman Qənbər Sənanı söyüb, dizi ilə üzünə zərbə vurub. O isə qəzəblənərək gödəkçəsinin cibində saxladığı bıçağı çıxararaq onun döş qəfəsinə vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Hacıyev 17 il, Elvin Sadıqov 3 il 6 ay, Məqsud Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.

Banner
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 397 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 397 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 397 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 397 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 397 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 397 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 397 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 397 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 397 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 397 baxış
Seçilmişlər
icon