2022-ci ilin rəmzi komandası açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
FİFA-nın Parisdə təşkil etdiyi mükafatlandırma mərasimində 2022-ci ilin rəmzi 11-liyi açıqlanıb.
Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyasının tərtib etdiyi komandanın qapısında ötən il “Real”la Çempionlar Liqasını qazanan Tibo Kurtua qərarlaşıb.
Müdafiə xəttində PSJ-dən Əşrəf Hakimi, “Bavariya”dan Joao Kanselo və “Liverpul"dan Vircil van Deyk yer alıb. Yarımmüdafiədə “Mançester Siti"nin üzvü Kevin De Brüyne ilə yanaşı, “Real"dan Luka Modriç və "Mançester Yunayted"dən Kazemiro var. Komandanın hücum xəttində isə PSJ-nin ulduz futbolçuları Lionel Messi və Kilian Mbappe ilə yanaşı, “Real”dan Kərim Benzema, habelə "Mançester Siti"dən Erlinq Holand mövqe tutub.
Qeyd edək ki, Fransanın paytaxtında keçirilən tədbirdə Argentina millisi ilə dünya çempionu olan Lionel Messi 2022-ci ilin ən yaxşı futbolçusu adına yiyələnib. Qadınlar arasında isə bu mükafata “Barselona”nın üzvü Aleksiya Putelyas layiq görülüb.
#Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) teqi istifadə olunub
- FIFA U-15 turniri Azərbaycan futboluna nə qazandıracaq? - Baku TV
- Dünya çempionatı ilə bağlı qərar FIFA rəhbərini tənqidlərin hədəfinə çevirib
- Dünya Çempionatının kommersiya hüquqları ilə bağlı plan narazılıq yaradıb - Baku TV
- İnfantinonun əleyhdarları sabiq məşqçinin namizəd olmasını istəyirlər
- İnfantinonun reytinqi niyə aşağı düşdü? - Venger FIFA prezidenti ola bilər? - Baku TV
