2023-cü ildə uğur qazanan şahmatçılarımıza mükafatlar təqdim olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Şahmat Federasiyası 2023-cü ilə yekun vurub.
Bununla əlaqədar təşkil olunan tədbirdə komandalararası Avropa çempionatında gümüş medal qazanan qrosmeysterlərimiz Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva, 20 yaşadək idmançılar arasında blits üzrə dünya çempionu olan Məhəmməd Muradlı, eləcə də digər turnirlərdə fərqlənən idmançılar iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov geridə qalmaqda olan ilin uğurlu olduğunu bildirərək, 2024-cü ilin də şahmatçılarımız üçün daha uğurlu alınacağına ümid ifadə ediblər.
Daha sonra 2023-cü ilin yekunlarına həsr olunan videoçarx nümayiş olunub.
Qeyd edək ki, Şahmat Federasiyasının ilin yekunlarına həsr etdiyi tədbirin davamında dünya və Avropa çempionatında fərqlənən qrosmeysterlərimizə mükafatlar təqdim olunub.
#İdman xəbərləri teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV
- Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV
- "Everton" klubu Markus Reşfordu transfer etmək istəyir
- Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV
