AFFA İntizam Komitəsi “Qarabağ”ın futbolçularını cəzalandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA İntizam Komitəsi Premyer liqasının 26-cı turunda “Araz-Naxçıvan” və “Qarabağ” klubları arasında matçda baş verən qalmaqalla bağlı qərarlarını açıqlayıb.
Qarşılaşmanın 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 görüş şərti olmaqla 4 oyunluq cəzalandırılıb. Ona 3 ay sınaq müddəti təyin olunub. Bununla yanaşı, klub 3000 manat cərimələnib.
AFFA İntizam Komitəsi “Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlını da cəzalandırıb.
Təcavüzkar davranışa yol verən hər iki oyunçu biri şərti olmaqla 2 görüşlük cəzalanıb. Onlara 3 ay sınaq müddəti təyin olunub. "Qarabağ" klubu isə futbolçularının hərəkətinə görə ümumilikdə 4000 manat cərimələnib.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
