AFFA-nın yeni prezidentinin adına aydınlıq gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün AFFA-nın növbəti hesabat-seçki konfransı baş tutub.
Tədbirdə bir sıra məsələlər müzakirə olunub, eyni zamanda qurumun yeni prezidentinin adına aydınlıq gəlib.
Belə ki, Rövnəq Abdullayevin namizədliyini irəli sürməmək qərarını verməsindən sonra 35 səshüquqlu nümayəndə arasında səsvermədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib.
Qeyd edək ki, tədbirin gedişində 2023-cü ildə Azərbaycan futbolunda baş verən hadisələrdən bəhs olunub. Bundan başqa, AFFA-nın maliyyə hesabatı dinlənilib. Bildirilib ki, 2023-cü ildə assosiasiyaya ümumilikdə 35 milyon 617 min 445 manat daxil olub. Qurumun xərcləri isə 27 milyon 957 min 622 manat təşkil edib. Diqqətə çatdırılıb ki, ötən mövsümlə müqayisədə ölkəmizdə futbolun inkişafına ayrılan vəsait bir milyon artaraq 39 milyon manata çatıb.
#Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) teqi istifadə olunub
- AFFA prezidenti Hövsan Yarış Kompleksində yaradılan şəraitlə tanış olub - Baku TV
- UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu
- AFFA prezidenti "Sabah"ı təbrik edib - Baku TV
- AFFA İntizam Komitəsi Riad Rəfiyev və Saşa İliçi sərt cəzalandırdı | Yeni idman xəbərləri - Baku TV
- AFFA İntizam Komitəsindən sərt qərarlar | Yeni idman xəbərləri - Baku TV
