AFFA prezidenti Rövşən Nəcəf Canni İnfantino ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf Fransanın paytaxtı Paris şəhərinə səfəri çərçivəsində FIFA prezidenti Canni İnfantino ilə görüşüb.
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytında məlumat verilib.
Tədbirdə FIFA-nın baş katibi Mattias Qrafström və Avropa üzrə regional direktoru Elxan Məmmədov da iştirak ediblər.
Söhbət zamanı ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə olunub, uşaq və qadın futbolunun təkmilləşdirilməsi, kütləviliyin və futbola marağın artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda Canni İnfantino Azərbaycanın ilk dəfə təşkil olunan “FIFA series” turnirinə uğurla ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.
#Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) teqi istifadə olunub
- AFFA prezidenti Hövsan Yarış Kompleksində yaradılan şəraitlə tanış olub - Baku TV
- UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu
- AFFA prezidenti "Sabah"ı təbrik edib - Baku TV
- AFFA İntizam Komitəsi Riad Rəfiyev və Saşa İliçi sərt cəzalandırdı | Yeni idman xəbərləri - Baku TV
- AFFA İntizam Komitəsindən sərt qərarlar | Yeni idman xəbərləri - Baku TV
