Pleyeri seçin:

Almaniya nəşri Mahir Emrelinin “Nürnberq“i tərk edəcəyinə mövqe bildirib

08 may 2025 965 baxış

Almaniyanın "Bild" nəşri Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin mövsümün sonu "Nürnberq"i tərk edəcəyinə mövqe bildirib.

Bir neçə gün öncə 2-ci bundesliqa təmsilçisi 27 yaşlı futbolçu ilə iyunda başa çatacaq müqavilənin uzadılmaması barədə razılığa gəldiyini açıqlayıb.

Yazıda bununla əlaqədar bildirilir ki, son vaxtlara qədər vəziyyət fərqli görünürdü. Tez-tez fərqli davranışları ilə diqqət çəkən Emreli ilə klub arasında bir növ "sevgi münasibəti" başlaya bilərdi.

Son həftələrdə göstərdiyi güclü çıxışlar və son dörd oyunda vurduğu dörd qol səbəbi ilə azərbaycanlı futbolçunun yeni müqavilə imzalayacağı istisna olunmurdu. Onunla klub rəhbərliyi arasında bu barədə danışıqlar da aparılıb. Lakin ortaq razılıq əldə olunmayıb.

Bunun əsas səbəblərindən biri də Emrelinin əvvəlkindən xeyli çox maaş istəməsi olub. Milli komandanın üzvü yayda aldığı zədə ilə kluba qoşulmuşdu və bu səbəbdən "Nürnberq"ə nisbətən ucuz başa gəlmişdi. İndi isə forvard özünü daha yaxşı danışıqlar mövqeyində görür və Bundesliqa klublarından birinə keçmək istəyir.

Şübhəsiz ki, Emreli klubda həmişə yalnız müsbət xəbərlərlə gündəmdə olmayıb. Payızın sonlarına doğru əsas heyətdəki yerini itirdikdən sonra Emreli ilə baş məşqçi Miroslav Klose arasında münasibətlərdə gərginlik yaşanmağa başlamış, məşqlərdə bəzi intizamsız davranışlar da müşahidə olunmuşdu. Bu səbəbdən hücumçu artıq qışda klubu tərk etmək istəyirdi. Lakin Cənubi Koreya klubuna keçidi baş tutmadı. Ancaq mövsümün son mərhələsində futbolçu yenidən performansı ilə inam yaratdı.

Banner
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 965 baxış
Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

İdman
22 oktyabr 2026 965 baxış
Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

İdman
22 oktyabr 2026 965 baxış
“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

İdman
21 oktyabr 2026 965 baxış
“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

İdman
21 oktyabr 2026 965 baxış
İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İdman
20 oktyabr 2026 965 baxış
Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

İdman
20 oktyabr 2026 965 baxış
Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

İdman
20 oktyabr 2026 965 baxış
Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

İdman
19 oktyabr 2026 965 baxış
Gimnastlarımız Dünya Kubokunda qalib oldular

Gimnastlarımız Dünya Kubokunda qalib oldular

İdman
19 oktyabr 2026 965 baxış
Seçilmişlər
icon