Arda Gülər "Real Madrid"dən ayrılmağa yaxındır
Yeniliklərdən dərhal xəbərdar olun
“Real Madrid”in gənc ulduzu Arda Gülər “Fənərbağça”ya qayıdacaq.
İddia olunur ki, İstanbul nəhənginin baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Ardanın icarə əsasında komandaya gətirilməsini istəyib. Məşhur mütəxəssis 19 yaşlı yarımmüdafiəçinin kollektivdə nəticə verə biləcəyini düşünür.
Bildirilir ki, “Fənər”in rəsmiləri qış transfer pəncərəsində Arda üçün “Real”a rəsmi təklif göndərəcəklər.
A.Gülərin Madrid təmsilçisinin əsas heyətindən kənarda qalması keçidin baş tutmaq ehtimalını artırır. Belə ki, Arda cari mövsümdə cəmi 11 matçda meydana çıxıb.
Qeyd edək ki, ötən ilin yayından “Kral klubu”nun formasını geyinən A.Gülərin transfer dəyəri təqribən 45 milyon avrodur. Müqaviləsi 2029-cu ilədək olan futbolçu “Los Blankos”la İspaniya çempionatı və Super Kubokunu, eləcə də Çempionlar Liqası və UEFA Super Kubokunu qazanıb.
#Real Madrid FK teqi istifadə olunub
- "Real Madrid" La Liqa prezidentinin istefasını tələb edib | Yeni idman xəbərləri - Baku TV
- Braziliyalı ulduz futbolçuya dörd oyunluq diskvalifikasiya cəzası verilib - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- Joze Mourinyo braziliyalı oyunçunu ehtiyatda saxlayacaq?
- Millimiz Litva ilə bacarmadı - Yeni idman xəbərləri - Baku TV
