“Arsenal” - “Bavariya” matçında 4 qol
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar liqasında 1/4 final mərhələsinin digər oyunu “Emireyts” stadionunda baş tutub. “Arsenal” - “Bavariya” qarşılaşmasında azarkeşlər 4 qol görüblər.
12-ci dəqiqədə Bukayo Saka topçuları irəli çıxarıb. Lakin “rekordmayster” fasiləyədək vəziyyəti dəyişməyə nail olub. Əvvəlcə Serj Qnabri tarazlığı bərpa edib: 1-1. 32-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Harri Keyn Münhen klubunu irəli çıxarıb. İlk hissə Almaniya təmsilçisinin 2-1 hesablı üstünlüyü ilə yekunlaşıb.
76-cı dəqiqədə İngiltərə klubu hesabı bərabərləşdirməyə nail olub. Leandro Trossard hədəfi dəqiq nişan alıb. Qalan vaxtda başqa qol olmayıb və qarşılaşma 2-2 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında 1/4 final mərhələsinin cavab matçı aprelin 17-si Münhenin “Allianz Arena” stadionunda keçiriləcək.
#Arsenal FK teqi istifadə olunub
- Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü
- Dyökereş “Arsenal”dan ayrılmağa hazırlaşır? | Yeni idman xəbərləri - Baku TV
- "Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV
- “Arsenal” kimə görə “Nyukasl”a təklif göndərib? - Yeni idman xəbərləri
- Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi - Yeni idman xəbərləri - Baku TV
