Pleyeri seçin:

Artur Beterbiyev – Dmitriy Bivol arasında döyüşdə favorit kimdir?

12 oktyabr 2024 426 baxış

Bu gün – 12 oktyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yarım ağır çəkidə boks üzrə mütləq dünya çempionu müəyyənləşəcək.

Həlledici görüşdə rusiyalı məğlubedilməz dəri əlcək ustaları – WBC, WBO və IBF versiyalarında dünya çempionu Artur Beterbiyev və WBA kəmərinin sahibi Dmitri Bivol üz-üzə gələcəklər.

Böyük həyəcanla gözlənilən görüşdən əvvəl ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson favoritini açıqlayıb. Əfsanəvi boksçu A.Beterbiyevə azarkeşlik etdiyini və onun qalib gələcəyini bildirib.

Məşhur aktyor və aykido ustası Stiven Siqal da bu döyüşlə bağlı fikirlərini bölüşüb. O, favoritin kim olduğunu deməkdə çətinlik çəksə də, hər kəsi unudulmaz gecənin gözlədiyini qeyd edib.

Həvəskar səviyyədə A.Beterbiyevlə üz-üzə gələn ağır çəkidə mütləq dünya çempionu Aleksandr Usik isə D.Bivolu favorit adlandırıb. O, Dmitri Bivolun rinqdə daha yaxşı hərəkət etdiyini, müdafiədə və əks-zərbələrdə daha inamlı təsir bağışladığını vurğulayıb.

Qarşılaşma ilə bağlı açıqlama verən Yeni Zelandiyalı sabiq UFC çempionu İsrael Adesanya Dmitri Bivolun qalib olacağını düşünür. Adesanya D.Bivolun qələbəsinə 10 min dollar məbləğində mərc etdiyini deyib.

Ölkəmizin məşhur idmançıları da qarşıdakı döyüşlə bağlı fikirlərini bölüşüblər.

Kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov bildirib ki, çox maraqlı döyüş olacaq:

“Ona görə ki, rəqiblərin hər ikisi təcrübəlidir və bir-birilərini yaxşı tanıyırlar. Fiziki baxımdan mənə elə gəlir ki, Artur Beterbiyev rəqibini üstələyəcək”. 

Banner
Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

İdman
28 oktyabr 2026 426 baxış
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 426 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 426 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 426 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 426 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 426 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 426 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 426 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 426 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 426 baxış
Seçilmişlər
icon