AVRO-2024 | Polşa - Niderland matçı
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir oyun keçirilib.
D qrupunun ilk matçında Polşa və Niderland milliləri üz-üzə gəliblər. “Volkspark” stadionunda keçirilən qarşılaşmada azarkeşlər 3 qol görüblər.
Görüşdə hesab 16-cı dəqiqədə açılıb. Polşalıların heyətindən Adam Buksa ilk qolun müəllifi olub. Lakin niderlandlılar 29-cu dəqiqədə tarazlığı bərpa etməyi bacarıblar. Kodi Qakpo hədəfi dəqiq nişan alıb.
Tərəflər fasiləyə 1-1 hesablı bərabərliklə yollanıblar. Lakin Niderland millisi ikinci yarıda üstünlüyü ələ almağı bacarıb. Oyunda son nöqtəni Vaut Veqhorst qoyub. Polşa-Niderland: 1-2.
Qeyd edək ki, Polşa millisi 2-ci turda Avstriya ilə qarşılaşacaq. Niderland yığması isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.
#Futbol xəbərləri teqi istifadə olunub
- “Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri
- Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər
- Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV
- Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
