AVRO-2024 | Rumıniya - Ukrayna matçı
Yeniliklərdən dərhal xəbərdar olun
AVRO-2024-ün növbəti oyun günündə E qrupunda mübarizəyə start verilib.
İlk matçda Rumıniya və Ukrayna milliləri qarşılaşıb.
Münhenin “Alyans Arena” stadionunda keçirilən görüşdə hesab 29-cu dəqiqədə açılıb. Nikolaye Stançu qapını dəqiq nişan alıb. İlk hissə 1-0 hesabı ilə yekunlaşıb.
Fasilədən sonra da təşəbbüs Rumıniya komandasında olub. Nəticədə 53-cü dəqiqədə Rezvan Marin 2-ci topu ukraynalıların qapısından keçirib.
Az sonra fərq 3-ə yüksəlib. Bu dəfə Denis Drequşun zərbəsi dəqiq alınıb. Qalan vaxtda başqa qol olmayıb və qarşılaşma Rumıniya komandasının 3-0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Ukrayna seçməsi iyunun 21-i 2-ci tur çərçivəsində Slovakiya ilə üz-üzə gələcək. İyunun 22-si isə Rumıniya – Belçika görüşü keçiriləcək.
#Rumıniya teqi istifadə olunub
- Rusiya dronları Rumıniyanı hədəf aldı? - Baku TV CANLI
- Azərbaycanlı dənizçilərin olduğu gəmidə dəhşətli anlar - Baku TV CANLI
- Rumıniya sahilləri yaxınlığında azərbaycanlı dənizçi həyatını itirdi - Baku TV
- Taxıl daşıyan mülki gəmi neytral sularda hədəfə çevrildi - 24 SAAT
- COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI
