Avropa liqası Barselona-Mançester Yunayted matçı
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Avropa liqasının 1/16 final mərhələsində ilk görüşlər keçirilib.
Gecənin maraqla gözlənilən matçı “Kamp Nou”da olub. “Barselona” və “Mançester Yunayted” arasında mübarizədə azarkeşlər 4 qol görüblər. Hesabı 50-ci dəqiqədə Markos Alonso açıb. Bundan sonra hücumlarını sürətləndirən mankunianlar 2 top vurublar.
Əvvəlcə Reşford tarazlığı bərpa edib. Bir qədər sonra isə Kunde avtoqol müəllifi olub: 2-1. Lakin meydan sahibləri məğlubiyyətdən qurtula biliblər. 76-cı dəqiqədə Rafinyanın zərbəsi dəqiq alınıb. “Barselona” - “Mançester Yunayted”: 2-2. Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 23-də İngiltərədə keçiriləcək.
“Bayer Leverkuzen” - “Monako” qarşılaşması da maraqlı alınıb. 5 qolun qeydə alındığı oyunda qələbəni knyazlıq klubu bayram edib. Almaniya təmsilçisində Diabi və Virts, qonaqlardan isə Diatta və Disasi qapını dəqiq nişan alıb. Daha bir top “Bayer”in qapıçısı Qradetskinin passivindədir.
Beləliklə, 3-2 hesablı qələbə qazanan “Monako” fevralın 23-ü keçiriləcək cavab görüşündən əvvəl üstünlük əldə edib.
#Barselona teqi istifadə olunub
