Avropa liqası: “Molde” - “Qarabağ” matçı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” klubu Avropa liqasında növbəti oyuna çıxıb.
Komandamız qrup mərhələsinin 5-ci turunda Norveçdə “Molde”nin qonağı olub.
“Köhlən atlar” görüşə yaxşı başlayıblar. 11-ci dəqiqədə Juninyo Azərbaycan çempionunu irəli çıxarıb. İlk hissə təmsilçimizin minimal üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra irəli atılan “Molde” 82-ci dəqiqədə bərabərlik qolunu vurub. Kristian Eriksen fərqlənib.
Bir qədər sonra Eriksen dubl edib. 2-1. Ancaq “Qarabağ” məğlubiyyətdən xilas ola bilib. Əsas vaxta artırılan dəqiqələrdə Bəhlul Mustafazadə qapını dəqiq nişan alıb. “Molde” – “Qarabağ”: 2-2. Bu nəticədən sonra hərəyə 7 xalı olan kollektivlər H qrupunda 2-ci, 3-cü yerləri bölüşdürürlər.
Qrupun digər qarşılaşmasında “Bayer”in “Hekken”i 2-0 hesabı ilə məğlub etməsindən sonra komandamızın azı Konfrans liqasının “pley-off”unda çıxış edəcəyi dəqiqləşib.
Qeyd edək ki, Qarabağ qrup mərhələsinin son oyununda Hekkenlə üz-üzə gələcək. Bakıda keçiriləcək görüş dekabrın 14-nə nəzərdə tutulub.
#UEFA Avropa liqası teqi istifadə olunub
- “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi | Yeni idman xəbərləri - Baku TV
- “Qarabağ” Avropa Liqasında gücünü göstərdi | Mərakeş niyə Fransadan qisas ala bilmədi? - Baku TV
- Fransa Mərakeşi məğlub edərək yarımfinala yüksəldi | Yeni idman xəbərləri
- Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV
- “Qarabağ”ın Avroliqadakı oyunları barədə vacib məlumat | Yeni idman xəbərləri - Baku TV
