Avropa Liqası: “Qarabağ” - “Bayer” oyununda 1 qol vurulub
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” klubu UEFA Avropa liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
“Köhlən atlar” doğma meydanında “Bayer Leverkuzen” kollektivi ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunun taleyini 1 qol həll edib.
“Qarabağ” gərgin mübarizə şəraitində keçən matçın yalnız əlavə vaxtında qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirib. “Qarabağ” – “Bayer”: 0-1.
Bu qələbə sayəsində xallarının sayını 12-yə çatdıran “Bayer” növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Avropa liqasındakı yeganə təmsilçimiz “Qarabağ” yer aldığı H qrupunda növbəti matçını Norveçdə yerli “Molde”yə qarşı keçirəcək. “Bayer Leverkuzen” isə səfərdə “Hekken”i sınağa çəkəcək.
#UEFA Avropa liqası teqi istifadə olunub
- “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi | Yeni idman xəbərləri - Baku TV
- “Qarabağ” Avropa Liqasında gücünü göstərdi | Mərakeş niyə Fransadan qisas ala bilmədi? - Baku TV
- Fransa Mərakeşi məğlub edərək yarımfinala yüksəldi | Yeni idman xəbərləri
- Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV
- “Qarabağ”ın Avroliqadakı oyunları barədə vacib məlumat | Yeni idman xəbərləri - Baku TV
